Gəncə döyüşü (1046)

Gəncə döyüşü (1046)Bizans imperiyası ilə Böyük Səlcuq imperiyası arasında baş vermiş döyüş nəzərdə tutulur.

Gəncə döyüşü (1046)
Bizans-Səlcuqlu müharibələri
Tarix 1046
Yeri Müasir Gəncə, Azərbaycan bölgəsi.
Səbəbi Bizans imperiyasının Səlcuqlu genişlənməsinin qarşısını almaq istəyi.
Nəticəsi Mütləq Səlcuqlu zəfəri.[1][2][3][4]
Ərazi dəyişikliyi Səlcuqlu imperiyası Qafqazda möhkəmləndi.
Münaqişə tərəfləri

Bizans imperiyası
Kldekari knyazlığı

Böyük Səlcuq imperiyası

Komandan(lar)

bilinmir

Qutalmış

IV Liparit

    Tarixi

    Gəncə döyüşü 1046-cı ildə baş vermişdir. Bu ildə imperator IX Konstantin Kldekari knyazı Liparitin komandanlığı altında Bizans ordusunu Qafqazı ələ keçirməyə göndərir. Gəncədə Bizans ordusunu qarşılayan Səlcuqlu ordusuna isə Qutalmış komandanlıq etməkdə idi.[1][2]

    Bizans imperatoru IX Konstantinin Bizans ordusunu gürcü əsilzadəsi Kldekarili IV Liparitin komandanlığı altında Qafqaza göndərməsinin məqsədi regiona yürüşlər təşkil edən Səlcuqlu ordusunun qarşısını almaq idi.[1][2] Buna cavab olaraq, Səlcuqlu sultanı Toğrul Qutalmışın komandanlığı altında bölgəyə türk ordusu göndərir.[1][2]

    Dvinə doğru hücum edən Bizans ordusu Gəncədə türk ordusu ilə qarşı-qarşıya gəlir.[2][5][3] Gəncə şəhərinin qala divarları yaxınlığında baş vermiş döyüşdə Qutalmış Bizans ordusunu darmadağın edir.[1][2][3]

    Bizans ordusunun sağ qalmağı bacarmış azsaylı hissəsi geri çəkilməyə məcbur olur. Cənubi Qafqaz bölgəsindəki türk hakimiyyəti daha da möhkəmlənir.

    Həmçinin bax

    İstinadlar

    1. The Islamic World in Ascendancy: From the Arab Conquests to the Siege of Vienna. Martin Sicker. Greenwood Publishing Group. 2000.
    2. Ayşe Beyza ERCAN. "THE BYZANTINE EMPIRE IN THE KINGDOM OF GEORGIA’S FOREIGN POLICY IN THE 11th CENTURY Arxivləşdirilib 2022-10-04 at the Wayback Machine". Karadeniz Araştırmaları Enstitüsü Dergisi 11:331-344.
    3. F. İnce, "SELÇUKLU-ERMENİ İLİŞKİLERİNDE MİLLET-İ SADIKA’NIN İZLERİ Arxivləşdirilib 2022-10-05 at the Wayback Machine", Uluslararası Türkçe Edebiyat Kültür Eğitim (TEKE) Dergisi, vol. 5, no. 1, pp. 0-0, Mar. 2016
    4. Turan, Osman., Ateş, Ahmed., Kafesoglu, Ibrahim., Kafesoğlu, İbrahim. A history of the Seljuks : İbrahim Kafesoğlu's interpretation and the resulting controversy. United States: Southern Illinois University Press, 1988.
    5. Toksoy, A. (2020). Selçukluların Batı (İran) Harekâtı Arxivləşdirilib 2022-10-07 at the Wayback Machine . Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi, - (68), 367-376 .
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.