Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti — 1904–1919-cu illərdə fəaliyyət göstərmiş qeyri-hökumət humanitar qurumu.

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyəti
Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyəti
Növü Qeyri-hökumət təşkilatı
Yaranma tarixi 1904
Sədr Məşədi Əli Rəfizadə

Haqqında

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Ələkbər bəy Rəfibəylinin təşəbbüsü ilə yaradılmışdı. Nizamnaməsi 1906-cı il iyunun 30-da Gəncə qubernatoru tərəfindən təsdiq edilmişdi.

İdarəetmə

Cəmiyyət İdarə Heyəti və ümumi iclas tərəfindən idarə olunurdu. Nizamnaməyə görə, idarə heyəti sədr, onun müavini, xəzinədar, katib və cəmiyyət üzvləri sırasından ümumi iclasda bir il müddətinə seçilən 3 üzvdən ibarət idi. Cəmiyyətin 4 nəfər ömürlük-fəxri üzvü vardı.

1914-cü ildən 1919-cu ilə kimi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin tərkibi aşağıdakı şəxslərdən ibarət idi:

  • Sədr: Məşədi Əli Rəfizadə
  • Sədr müavini: Hacı Ələkbər Hacızadə
  • Katib: Mirzə Məhəmməd Axundzadə
  • Xəzinədar: Hidayət Niyazov
  • Üzv: Kərbəlayi Həmzə
  • Üzv: Hacı Hilal İbrahimov
  • Üzv: Ağa Tağıyev
  • Namizəd: İsmayıl Tağıyev
  • Namizəd: Məşədi Rza Tağıyev
  • Namizəd: Məmməd Mirabov

Nəzarət-Təftiş Komissiyası:

Cəmiyyətin fəxri üzvləri (ömürlük üzvlər ayda 200 manat, digər üzvlər 20 manat üzvlük haqqı ödəyirdilər):

  1. Hacı Məhəmmədhüseyn Rəfizadə (ömürlük)
  2. Hacı Əli Hüseynzadə (ömürlük)
  3. Hacı Ələkbər Hacızadə (ömürlük)
  4. Hacı İmamqulu Ağazadə (ömürlük)
  5. Hacı Usub Rzayev
  6. Məşədi Əli Abbasəliyev
  7. Hacı Əli Kərbəlayi Qasım oğlu
  8. Hacı Hilal İbrahimov
  9. Mirzə bəy Qazıyev
  10. Kərbəlayi Həmzə Hacı Hüseyn oğlu
  11. Hidayət Niyazov
  12. Məşədi Əli Rəfiyev
  13. Ağa Tağıyev
  14. İsfəndiyar bəy (Şəmkirli)
  15. (Bala) Məşədi Kərbəlayi Qasım oğlu

Sadəcə üzvlər (ayda 5 manat üzvlük haqqı ödəyirdilər):

  1. Müseyib bəy Hacı Zeynal oğlu
  2. Məşədi Səməd Kərbəlayi Məhəmmədhəsən oğlu
  3. Məhəmmədəli Pişnamazzadə
  4. Mirzə Abbas Abbaszadə
  5. Abbasqulu Ağahüseynzadə
  6. Həsən bəy Ağayev
  7. Həsən bəy Adıgözəlov
  8. Məmməd ağa Əliyev
  9. Cahangir bəy Əliyev
  10. Mirzə Cəfər Əsgərzadə
  11. Mirzə Məhəmməd Axundzadə
  12. Cavad bəy Cavanşirski
  13. İsaq Muxtar oğlu Hüseynov
  14. Müseyib Zazalıyev
  15. Həmzə bəy Zeynalov
  16. Məmmədəli Zeynalov
  17. Adil xan Ziyadxanov
  18. İsmayıl xan Ziyadxanov
  19. Adil bəy Zülqədərov
  20. Abuzər bəy Rzayev
  21. Axund Molla Musa İsmayılzadə
  22. Muxtar bəy Qazıyev
  23. Kərbəlayi Dəmir Kərbəlayi Məhəmməd oğlu
  24. Əbdülhəlim Kərimov
  25. Mehdi Qurbanov
  26. Məşədi Məmməd Məsimov
  27. Əliş bəy Məmmədov
  28. Məşədi Musa Kərbəlayi Allahyar oğlu
  29. Miryusif Mirzəcəfərov
  30. İlyas Mollazadə
  31. Mehrəli Muradov
  32. Yəhya Nəbiyev (F.Əhmədovun ana babası)
  33. Məşədi Süleyman Nağıyev
  34. Axund Hüseyn Pişnamazzadə
  35. Mirzə Yusif Rəhimzadə
  36. Ələkbər bəy Rəfibəyli
  37. Bağır bəy Rəfibəyli
  38. Məşədi Əsgər Rəfibəyli
  39. Xudadat bəy Rəfibəyli
  40. Abbas Rəfizadə
  41. Mürsəl Rüstəmov
  42. Ağalar bəy Səfikürdski
  43. Aslan bəy Səfikürdski
  44. Məşədi Abdulla bəy Sultanov
  45. Sultan bəy Sultanov
  46. Məşədi İsmayıl Tağıyev
  47. İsmayıl Umudov
  48. Abbas bəy Usubbəyov
  49. Həsən bəy Fəttahov
  50. Ələkbər bəy Xasməmmədov
  51. Ələsgər bəy Xasməmmədov
  52. Həmid bəy Xasməmmədov
  53. Xəlil bəy Xasməmmədov
  54. Hüseynqulu xan Xoyski
  55. Mürsəl bəy Şahmalıyev
  56. Məmmədbağır Şeyxzamanlı
  57. Məşədi İsmayıl Rza oğlu

Faəliyyət

Nizamnamədə cəmiyyətin kasıb müsəlman uşaqlarının Rusiya və onun hüdudları xaricindəki orta və ali təhsil müəssisələrinə daxil olub oxumalarına, habelə xəstəxana və başqa səhiyyə ocaqlarında müalicə olunanlara yardım etmək məqsədilə yaradıldığı göstərilirdi.

Cəmiyyətin vəsaiti üzvlük haqlarından, habelə şəhər sakinlərinin köçürdüyü ianələrdən, cəmiyyətin təşəbbüsü və iştirakı ilə keçirilən tamaşalardan, konsert və rəqs gecələrindən və s.-dən əldə edilən gəlirlərdən ibarət idi. Xeyriyyə məqsədilə keçirilən hər bir konsert və ya digər tədbir üçün əvvəlcədən Gəncə qubernatorundan icazə alınmalı idi.

Cəmiyyət şəhərdəki ikisinifli müsəlman məktəbinin şagirdlərinə, QarabağZəngəzurda erməni-daşnaklar tərəfindən soyqırıma məruz qalmış türk-müsəlman əhaliyə yardım məqsədilə tamaşalar və konsertlər təşkil edirdi.

Cəmiyyət Novruz bayramında Gəncənin 18 məhəlləsində ehtiyacı olan 2163 nəfərə 5292 manatlıq, Mövlud bayramında isə 2748 nəfərə 5496 manatlıq miqdarında yardım göstərmişdi. Cəmiyyət Gəncədə əhalinin kasıb təbəqələri üçün xüsusi ərzaq mağazası açmışdı.

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti əsasən, 1918-ci ildə Qərbi Azərbaycandan olan on minlərlə qaçqına yardım göstərmiş, onlara yurd yerləri ilə təmin etmişdir.

Əlaqələr

Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti Bakının, Tiflisin, Şuşanın və İrəvanın Müsəlman Xeyriyyə Cəmiyyətləri ilə sıx əlaqə saxlayırdı.

Mənbə

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.