Gəmiqaya nekropolu
Gəmiqaya nekropolu — Ordubad rayonunun Nəbiyurdu yaylasında arxeoloji abidə. Kiçik Qafqazın Ordubad dağlarında, Qapıcıq dağının cənub və şərq yamaclarındakı Nəbi yurdunda, Qaranquş yaylaqlarında yerləşən qayalarda çəkilmiş petroqlif-piktoqramlar, Azərbaycan mədəniyyətinin ən qədim nümunələrindən biri.[1]
Gəmiqaya nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Ordubad |
Yerləşir | Nəbiyurdu yaylası |
Aidiyyatı | Dəmir dövrü |
Tikilmə tarixi | 4-1-ci minilliklər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri, Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Ümumi məlumat
Burada qəbirlər daş qutu tiplidir. Tədqiqat zamanı dağıdılmış qəbirlərin birindən isə Kür-Araz mədəniyyətinə aid keramika parçaları tapılmışdır. Araşdırmalar zamanı nekropolda həmçinin dəmir dövrünə aid qəbirlər aşkar olmuşdur. Dəmir dövrünə aid olan qəbir abidəsi qaya parçalarından dördkünc formada hazırlanmış, üzəri ağır sal daşlarla qapadılmışdır. Qəbirin içərisinə şimal tərəfdə yerləşən ensiz dromoslardan girilir. Qəbirin sağ divarında bir üçbucaq şəkilli taxça vardır. Abidə kanal qazılarkən dağıntıya uğramışdır və talan edildiyindən maddi-mədəniyyət nümunələri aşkar olunmamışdır. Nekropol tikinti texnikasına və quruluşuna görə onu eradan əvvəl 4-1-ci minilliklərə aid edilir.[2]
İstinadlar
- https://web.archive.org/web/20120105082332/http://dmfa.nakhchivan.az/page.php?lang=az&page=000109
- Naxçıvan abidələri ensiklopediyası.Naxçıvan.2008.
Xarici keçidlər
- Təbiətin möcüzəsi – Gəlinqayalar Arxivləşdirilib 2016-04-30 at the Wayback Machine