Gəmiqaya Tarix-Bədii Qoruğu
Gəmiqaya Tarix-Bədii Qoruğu — dünyada dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşən nadir qoruqlardan və muzeylərdən biri.
Gəmiqaya Tarix-Bədii Qoruğu və Muzeyi | |
---|---|
Əsası qoyulub | 2013 |
Mövzu |
Azərbaycan tarixi arxeоlоgiya etnоqrafiya |
Yerləşir | Naxçıvan Muxtar Respublikası Ordubad rayonu |
Haqqında
Naxçıvandakı Gəmiqaya təbiət və tarix muzeyi isə turistlər üçün iki cəhətdən maraqlı ola bilər. İlk növbədə, xaricilər üçün maraqlıdır ki, bu ərazi ümumdünya tufanından sonra insanlığı bəladan qurtaran Nuhun gəmisinin torpağa toxunduğu ilk nöqtədir. Bu ərazidə yaradılmış muzey həm də dünyada dəniz səviyyəsindən çox yüksək nöqtədə yerləşən muzeylərdən biridir.[1]
Yaradılma tarixi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il aprelin 26-da Sərəncam imzalamış, abidə ətraflı tədqiq olunmuş, Gəmiqaya Tarix-Bədii Qoruğu yaradılmışdır. 2013-cü ildə isə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir. 2 yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda açılış zamanı 184 eksponat olmuşdur. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, qayaüstü rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın 5 minillik tarixinə aid elmi simpoziumların materialları toplanmışdır.[2]
İstinadlar
- Kəlbizadə E. Naxçıvanın “7 möcüzəsi” – muxtar diyarın turizm xəritəsinə işıq salan mayak, "Xalq qəzeti", 06.02.2017
- Gəmiqaya Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir