Gəmiqaya
Gəmiqaya — Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqində, Zəngəzur silsiləsinin suayırıcında yerləşən zirvə. Hündürlüyü 3725 metrdir. Sıldırım yamaclı, konusvarı formaya malik olan dağ qədim vulkanik süxurlardan əmələ gəlmişdir. Min illər boyu Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən Gəmiqaya yaylaqlarının ərazisi bir növ müqəddəsləşmiş, hətta burada təbii məbədlər meydana gəlmişdir. Adı Nuh əfsanəsi ilə bağlıdır. Yalçın, şiş qayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan bu dağ uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyir. Görünür, belə zahiri oxşarlığa əsasən Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıq dağına (3904 m) xalq arasında Gəmiqaya adı.Qədim dünyanın müqəddəs panteonlarından sayılan Gəmiqaya özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirir. Burada e. ə.III-I minilliklərə aid qayaüstü rəsmlər–piktoqramlar (qədim yazılar) var (Gəmiqaya rəsmləri).[1]
Gəmiqaya | |
---|---|
Həmçinin bax
İstinadlar
- "Arxivlənmiş surət". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-22.