Gəmi sarğısı

Sarğı ya Gəmi sarğısı (ing. Stern, it. Poppa, fr. Poupe, alm. Heck, rus. Корма) — gəmi gövdəsinin arxa ya dal hissəsi. Gəmi sarğısının suda qalan hissəsinin forması onun idarəolunmasında mühüm rola malikdir. Sarğının üzdə qalan hissəsi gəmi funkiyasına və ölçüsünə müvaviq hazırlanır.

ing. Soleil Royal gəmisinin sarğı hissəsi.

Gəmi sarğısı onun əsas idarəetmə elementlərinin: sükan, pər, gəmi çarxının yerləşdiyi bir yerdir. Buna görə də bu hissə gəmi kapitanının ixtiyarında olur. Burada kapitan və onun köməkçilərinin kayutları, gəmi qalereyası, xəznə yerləşir. Gəmi sarğısı gəminin külək tutmayan hissəsidir. Gəmi sarğısı gəminin ən həssas hissəsi sayılır. Buna görə də döyüş əməliyyatları zamanı əsas nişangah sayılır. XIX əsrdə pərli mühərrik tətbiqini tapdıqdan sonra gəmi sarğısı daha girdə şəkil almış olur və burada əsas gəmi cihazlar yerləşdirilməyə başlanılmışdır.

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.