Vağzalı

Vağzalı (Atlandırma) — Azərbaycanda xalq arasında əsasən "gəlin havası" kimi qəbul olunan rəqs.

Vağzalı
Rəqsin not yazısı
Rəqsin not yazısı
Tempi Asta
Mənşəyi Azərbaycan
Yaranma tarixi XIX əsrin sonu XX əsrin əvvələri

Söz açımı

"Vağzal" sözü XVIII əsrdə yaranıb. ingilis sözü Vauxhall-un törəməsidir. Vaux (oxunur Foks) Londonda park və əyləncə yerinin yiyəsinin adı idi. Rus dilində sözünün anlamı dəyişikliyə uğrayır: əyləncə yeri → dəmir yollarında gözləmə zalı[1][2].

Ancaq rəqsin özü "Vağzal" sözündən çox daha əvvəl XVI əsrdə yaranıb. Əski adı "Atlandırma"dır. Qədim və Orta Çağ türkləri atlı xalqlar olublar, gəlini də atla gətirərdilər. Toya, əlində fənər olan qırx atlı (yengə) gələrdi. Iki boş at isə gəlin və yengə üçün gətirilərdi. "Vağzalı" havasını çala-çala gəlini ata mindirərdilər. Onun hər əlindən biri tutar, başqa birisi də atı çəkərdi.[3]

Tarixçə

Hələ XVl əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olmuş və "Qarabağın ağırı" adlandırılmışdır. Əsrlər keçdikcə bu rəqs şaxələnərək mövcudluğunu iki "Asta garabağı" və XlX əsrin sonu XX əsrin əvvələrindən "Vağzalı" adları altında saxlmaqdadır. Keçmişdə iri şəhər və qəsəbələr arasında yeganə müasir nəqliyyat vasitəsi qatarlar olduğundan gəlini digər şəhərə vağzaldan həmin bu həsrət və sevinc dolu "Qarabağın agırı" sədaları altında yola salarmışlar ki, sonralar bu rəqs xalq arasında "vağzalı" adı altında məşhurlaşmışdır. Rəqsə qulaq asarkən bu musiqinin sevinc və həsrət ruhundan yoğrulduğunu zənn etmək olar. Elə bil bir ailə övladını yola salır, digəri isə bir övladını qarşılayır.

Ola da bilər ki, "Atlandırma" (Vağzalı") rəqsinin melodiyası "Kitabi Dədə Qorqudda" adı keçən qopuzun "Yelətmə" havasından gəlir.[4]"Yelətmə"- yelləndilmə, həvəsləndirmə, coşdurma məzmunu verir. Bu havanın gəlinköçürmə, yaxud da gəlin gərdəyə salma mərasimində çalındığını güman etmək olar:

Qanturalıyla qızı götürüb gərdəkə qoydılar. Ozan gəldi, yelətmə çaldı.[5]

Rəqsin musiqisi incə və lirikdir. Rəqsin özü insanda qeyri iradi kövrək, zərif hisslər oyadan süzücü və alıcı rəqs elementlərindən ibarətdir.

Kecmişdə bu rəqs məşəl və atəş səsləri altında toy evinə və gəlin gərdəyinə qədər müşayət olunardı. İndinin özündə də bu rəqsin melodiyası Azərbaycan toylarının rəmzi olaraq qalmaqdadır.

Vağzalı bəstəkar musiqisində

Erməni bəstəkarı Aram Xaçaturyan "Qayane" baletində ünlü "Qılınclarla rəqs"inin bir hissəsində Vağzalının melodiyasından istifadə etmişdir.[6]

İstinadlar

Video

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.