Gələcək gün (roman)

Gələcək günMirzə İbrahimovun əsəri.

Gələcək gün
azərb. Gələcək gün
Janr Roman
Müəllif Mirzə İbrahimov
Orijinal dili Azərbaycan

Mövzu

İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur.

Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi mənəvən saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xanŞeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır. Böyük ictimai-tərbiyəvi əhəmiyyəti olan “Gələcək gün” müasir Şərqin milli demokratik hərəkatı mövzusunda yazılmış dəyərli abidələrdən biridir. Dövlət mükafatına layiq görülmüş əsər Mirzə İbrahimovun istedadının bir sıra xüsusiyyətlərini açmaqla yanaşı, ona dünya şöhrəti qazandırmışdır.

“Gələcək gün” qısa müddət ərzində Azərbaycanın hüdudlarını aşaraq bütün dünya xalqlarının dillərinə tərcümə edilmişdir.

“Gələcək gün”də irəli sürülən müasir ictimai-siyasi problemlər beynəlxalq hadisələrlə səsləşdiyinə görə, dünya ədəbi fikrinin nəzərini cəlb edirdi. Bolqar mətbuatı əsəri “ən gözəl inci” adlandırmışdı. “Gələcək gün”ü doğma dilinə çevirən Lyublen Belçev Mirzə İbrahimovun əsərlərinin bolqar xalqına “qiymətli və təmənnasız” köməyini qeyd etməklə yanaşı, onun siyasi əhəmiyyətini belə şərh edir: “Onun əsərlərinin böyük müvəffəqiyyəti göstərir ki, “Gələcək gün” bəşəriyyətin ümumi xoşbəxtlik günüdür”.

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.