Gədik Əhməd Paşa
Gədik Əhməd Paşa (XV əsr, Serbiya despotluğu – 27 noyabr 1482 və ya 18 dekabr 1482[1], Ədirnə) — Fateh Sultan Mehmed səltənətində, 1474-1476 illəri arasında sədrəzəmlik etmiş Osmanlı dövlət adamıdır.
Gədik Əhməd Paşa | |
---|---|
| |
Osmanlı sədrəzəmi[d] | |
1474 – 1477 | |
Əvvəlki | Vəli Mahmud Paşa |
Sonrakı | Nişançı Qaraman Mehmed Paşa |
1478 – 1480 | |
Əvvəlki | Vəli Mahmud Paşa |
Sonrakı | Məsih Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XV əsr |
Doğum yeri | |
Vəfat tarixi | 27 noyabr 1482 və ya 18 dekabr 1482[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | baş kəsmə |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu |
Dini | islam |
Hərbi xidmət | |
Qoşun növü | Osmanlı ordusu |
Rütbəsi | Admiral |
Həyatı
Bilindiyi qədəriylə Albaniyanın Avlonya şəhərində doğulmuşdur. II. Murad dövründə iç oğlanı olaraq saraya girmiş olması dəvşirmə mənşəli olduğunu ağla gətirməklə birlikdə, dəvşirmə olmaması da mümkündür. Alban mənşəli olması fikri xüsusilə, bir dəfə Albaniya səfərinə çıxmaq istəməməsi ilə əlaqələndirilir. Ancaq bu davranışının soydaşlarına qarşı döyüşmək istəməmək xaricində səbəbləri də ola bilər.
II. Mehmed zamanında qısa bir müddət Rumeli Bəylərbəyliyi etdikdən sonra 1461-ci ildə İshaq Paşanın yerinə Anadolu Bəylərbəyliyinə gətirilmişdir. İlk olaraq 1461-ci ildə Qoyluhisarın fəthi ilə özünü göstərdi. 1469'da Qaramanoğullarından Konya Ərəylisi və Aksarayı ələ keçirdi; II. Mehmedin oğlu Şahzadə Mustafanı Qaraman hakimi olaraq Konyaya yerləşdirdi. Ertəsi il Əyriboğazın fəthi ilə nəticələnən səfərə qatıldı. Ardından vəzirliyə yüksəldildi. 1471'də Alanya, ertəsi il Silifkə, Mokan və Gorios qalalarını aldı. Ağqoyunlu dövlətinin hərbi köməyiylə torpaqlarını geri almağa çalışan Qaramanoğlu Pir Əhməd və qardaşı Qaramanoğlu Qasım Bəyi məğlubiyyətə uğratdı. Osmanlılar ilə Ağqoyunlular arasında Otluqbeli Döyüşünün (1473) zəfərlə nəticələnməsində əhəmiyyətli rol oynadı.
1474-cü ildə edam edilən Vəli Mahmud Paşanın yerinə sədrəzəm oldu. Yenə Qaramanoğullarından Ərmənək və Manyan hisarlarını aldı.
1475'də Kırımdakı Genuya koloniyalarının fəthi ilə vəzifələndirildi. İyun 1475'də Kəfə, Sudak və Azovu aldı. Kəfədə Genuyalılar tərəfindən həbsə atılmış olan Kırım Xanı Məngli Gərayı zindandan çıxardı və onunla bir müqavilə bağladı. Buna görə, Məngli Gəray Kırım Xanı olaraq Osmanlı himayəsini qəbul etdi. Müvəffəqiyyətləri səbəbindən özünü üstün görməyə başlayan Gədik Əhməd Paşa, 1476 da vəzifələndirildiyi İşkodra səfərinə çıxmaqdan qaçınması üzərinə sədrəzəmlikdən alınaraq Rumeli hisarı'na həbs edildi. 1478'də sərbəst buraxıldı və Kaptan-ı dəryalığa gətirildi. 1479'da Kefalonya, Zanta və Ayamavra adalarını fəth etdi.
1480-ci ildə İtaliya sahillərinə çıxaraq Neapol Krallığının əlində olan Otrantonu fəth etdi. Ertəsi il Otrantodan hərəkətlə yeni fəthlərə hazırlanarkən II. Mehmedin ölümü üzərinə geri çağırıldı.
İyun 1481-ci ildə II. Bəyazid ilə Cem Sultan arasında Yenişəhərdə keçirilən döyüşə son anda qatılan və döyüşün II. Bəyazidin qazanmasında rol oynayan Gədik Əhməd Paşa, buna baxmayaraq Cem tərəfdarı olduğuna dair şübhələri yox edə bilmədi və həbsə atıldı.
Gədik Əhməd Paşanın həbsə atılması qapıqullarının qiyamına gətirib çıxardı. Bunun üzərinə sərbəst buraxılan Gədik Əhməd Paşa, Qaramanoğlu Qasım Bəyin üsyanını yatırmaq üçün Qaramanda olan Şahzadə Abdullaha köməyə göndərildi. Qasım bəy qış səbəbiylə Suriyaya qaçdı və, Gədik Əhməd Paşa üsyanın yatırılmasından gözlənilən müvəffəqiyyəti təmin edə bilmədi.
18 Noyabr 1482 gecəsində Ədirnədəki Yeni Sarayda padşah tərəfindən verilən ziyafət sonunda orada olanlara xalat geydirilib hörmət olunarkən Gədik Əhməd Paşa qara xalat geydirilib boğdurularaq öldürülmüşdür.[2]
Gədik Əhməd Paşanın qətli üzərinə yeniçərilər Ədirnə Subaşısını öldürsələr də üsyan yatırıldı. Gədik Əhməd Paşa Ədirnədə dəfn edilmişdir.
Əsərləri
Gədik Əhməd Paşa Afyonkarahisarda bir külliyyə, Ladikdə bir məscid və bir körpü, Kütahyada bir məktəb və Böyük Bedəstəni tikdirmişdir. İstanbuldakı əsərlərindən yalnız yaşadığı Gədikpaşa səmtinə adını verən hamamı günümüzə çatmışdır.
Fateh Sultan Mehmed tərəfindən özünə təqdim edilən adını daşıyan vəqf günümüzə qədər gəlmişdir. Fatehin fərmanı ilə vəqfin rəhbərliyi, 15. əsrdən Cümhuriyyətə qədər Gədik Əhməd Paşanın övladları tərəfindən idarə olunmuşdur.
Bir rəvayətə görə 17. əsrdən etibarən Aydın bölgəsinin hakim ailələrindən olan Arpazlı ailəsi Gədik Əhməd Paşanın nəslindəndir.
Mənbə
- http://www.biolex.ios-regensburg.de/BioLexViewview.php?ID=404.
- [Osmanlı Tarihi, II. Cilt, 10. baskı, sf: 178-179-533, Türk Tarih Kurumu Yayınları-2011, Ord. Prof. İsmail Hakkı Uzunçarşılı]