Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi

Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi — Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan və 1990-cı il martın 22-dən fəliyyət göstərən muzey[1].

Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi
Əsası qoyulub 1990
Mövzu tarix, arxeologiya
Yerləşir Azərbaycan, Gədəbəy
Kolleksiyası 2 000
Direktor Afət Bağırova

Haqqında

Təbiət, Qədim dövr, Orta əsrlər, Müasir dövr bölmələrini əhatə edən muzeydə hazırda 2000-dən çox eksponat saxlanılır. Ekspozisiya zalında 1100 eksponat nümayiş etdirilir. Təbiət bölməsinə rayonda yetişdirilən ağac, bitki nümunələri , daş-süxur nümunələri, Gədəbəy mənzərələri, müalicə məqsədi ilə işlədilən bitki nümunələri mineral sular daxildir.

Qədim dövr bölməsində b.e.ə dövrlərə məxsus tunc əşyalar, sümükdən və obsidiandan düzəldilmiş əmək alətləri, obsidian qəlpələr, muncuqlar, küpələr, keramik qablar göstərilir. Orta əsrlərə məxsus abidələrin foto şəkilləri, abidələr haqqında məlumatlar öz əksini tapır. Muzeydə müasir dövr daha geniş yer tutur: Təbiət, Arxeologiya, Etnoqrafiya, Numizmatika, XIX əsr Gədəbəy sənaye mərkəzi kimi və s. Muzeyin, sahəsi 222 kv.metrdir və cəmi 7 işçisi var. AMEA Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları ilə əlaqələrin nəticəsində son illər rayon muzeyinə xeyli miqdarda elmi cəhətdən araşdırılmış eksponatlar daxil olub. Hər il mayın 17-də "Açıq qapı" günü, ayın 18-də isə burada "Muzeylər günü " geniş qeyd olunur. Eksponatların zənginləşdirilməsi yönündə tədbirlər də davm edir.[2]

İstinadlar

  1. "Gədəbəy Tarix-Diyarşünaslıq Muzeyi — gedebey.info saytı". 2013-04-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-20.
  2. "Tarix və diyarşünaslıq muzeyləri - yaşayan tariximizin təkrarsız ünvanı..." anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16.02.2021.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.