Əmud
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah.
Hazırlanması
Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır.
İstifadəsi
Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur.
Digər dillərdə
Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı.
Ərəb dilində əmud "sütun" mənasında işlədilir. Ərəblər alaçıq qurarkən onun ortasını qaldırdıqları sütuna "əmud" dеyirdilər. Hədislərin birində Həzrət Pеyğəmbər (s) buyurur: "Əgər çadırın əmudu möhkə olarsa çadır da möhkəm olar. Əmud möhkəm olmasa, iplər və mıxlar çadırı saxlaya bilməz"
Digər növləri
Əmudun altı üzlü olanlarına isə "şeşpər" deyilirdi.
İstinadlar
- Gürz və əmud (Rus dilində)