Gürcüstanda turizm

Gürcüstanda turizmGürcüstan iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Beynəlxalq turizm tez inkişaf edən sahədir. 2016-cı ildə turizm sektoru ölkənin Ümumi Daxili Məhsulun 7,3 %-ini təşkil edirdi. 2015-ci ildə isə bu göstərici yalnız 6,6 %-ə bərabər olmuşdur. 2016-cı ildə 6,35 milyon xarici turist ölkəni ziyarət etmişdir.[1] Bu göstərici əvvəlki illərə nisbətdə 7,6 % daha çoxdur. Gürcüstan Milli bankının məlumatına görə, 2016-cı ilin birinci üç rübü ərzində turistlər ölkədə təxminən 1,68 milyard dollar xərcləmişlər. Göstərici keçən ilin analoji dövrü ilə müqayisədə 11 % çoxdur. Gürcüstanda xarici turistlərin xərcləri ödəmə balansına əhəmiyyətli dərəcədə təsir göstərir və təxminən Gürcüstan xidmətlərinin ixracından gələn gəlirlərin 61,4 %-i turizm sahəsinin üzərinə düşür.[2]

Xarici turistlər orta hesabla 5,1 gündən bir ölkəyə gəlirlər.[2] 2016-cı ildə ölkəyə 24 saat ərzində keçən turistlərin sayı 19 % artmışdır.[1]

Gürcüstanın Turizm üzrə Milli Administrasiyası ölkədə turizmin inkişafı ilə bağlı olan məsələlərlə məşğul olur. 2015-ci ildə qurum 26 beynəlxalq və daxili turizm yarmarkasında iştirak etmişdir. Doqquz marketinq məqsədli kampaniyaları təşkil etmiş və mətbuat üçün 64 tanışlıq səfəri keçirmişdir.

Ölkələr üzrə turistlər

Xarici ölkə vətəndaşlarından 2015 və 2016-cı illərdə Gürcüstanı ən çox ziyarət edənlər[2]:

Sıra Ölkə 2015 Sıra Ölkə 2016
1 Ermənistan1,468,8881 Azərbaycan1,523,075
2 Azərbaycan1,393,2572 Ermənistan1,496,246
3 Türkiyə1,391,7213 Türkiyə1,254,089
4 Rusiya926,1444 Rusiya1,037,564
5 Ukrayna141,7345 Ukrayna172,631
6 İsrail59,4876 İran147,915
7 Polşa41,4257 İsrail92,213
8 Almaniya36,8268 Qazaxıstan48,809
9 Qazaxıstan36,7779 Polşa44,388
10 ABŞ31,14710 Almaniya40,889
2015-ci ildə ümumi turist5,901,0942016-cı ildə ümumi turist6,350,825

Viza məhdudiyyətlərinin ləğvi nəticəsində, 2016-cı ildə İrandan gələn ziyarətçilərin sayı 485 % artmışdır. Həmçinin İsraildən gələn ziyarətçilərin sayı əhəmiyyətli dərəcədə — 55 % artmışdır.

Otellər

Milli turizm administrasiyasının məruzəsinə əsasən, Gürcüstanda 2016-cı ilə təxminən 1700 mehmanxana fəaliyyət göstərmişdir. Tiflisdə 14 837 koyko-yer qeydə alınmışdır.

Beynəlxalq mehmanxana şəbəkələrinin bir çoxu Gürcüstanda fəaliyyət göstərir: Courtyard by Marriott[3], Sheraton Hotels and Resorts[4] və Radisson Hotels[5].

İstinadlar

  1. 7.3 % of Georgia’s GDP in 2016 Produced by Tourism Sector Arxivləşdirilib 2018-07-25 at the Wayback Machine // tabula.ge
  2. "Georgian tourism in figures" (PDF). GNTA. 2015. 7 November 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 February 2017.
  3. "Holiday Inn Tbilisi". ihg.com. 27 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.
  4. "Sheraton Batumi". sheratonbatumi.com. 5 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.
  5. "Radisson Blu Iveria". radissonblu.com. 7 May 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 February 2017.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.