Gürcüstanda islam

İslam müasir Gürcüstan ərazisində ərəb istilaları dövründən bəri ikinci ən böyük dindir. 2002-ci ilin son siyahıya alınmasına görə ölkə əhalisinin 9,9% -i (təqribən 0,4 milyon nəfər) islam dininə sitayiş edir. Ölkənin bəzi bölgələrində müsəlmanlar əhalinin nisbi və ya mütləq əksəriyyətini təşkil edirlər.

Gürcüstanda islam

Milli və məzhəb tərkibi

Çveneburi — müsəlman gürcülər .

Respublikanın müsəlman icması çoxmillətlidir. Onların arasında üstülnüyü yerli azərbaycanlılar (onların arasında həm şiələr həm də sünnilər var) Kistlər, ləzgilərAhıska türkləri və müəyyən ərazilərdə həm də acarlar, abxazlar və Məhsəti türkləri var, baxmayaraq ki, sonuncu iki qrupa aid müsəlmanların sayı müasir Gürcüstanda minimaldır. Onlardan ən çoxsaylı olanı azərbaycanlı şiələrdir. Gürcüstan müstəqillik qazandıqdan sonra bir çox Acariyalılar ölkədə aparılan aktiv xristianlaşdırma və assimilyasiya siyasəti nəticəsində islam dinini tərk edərək Pravoslav xristianlığını qəbul etdilər. Bəzi tədqiqatçılar həmçinin bunun Gürcüstandakı dini millətçilik təzyiqləri nəticəsində baş verdiyini deyirlər. Digər tərəfdən, SSRİ-nin dağılmasından sonra Gürcüstanda bir çox yeni məscidlər tikildi. Tbilisidə Sovet dövründən bəri mövcud olan vahid məscid var — şiələr və sünnilər burada birlikdə namaz qılırlar .

Tarix

645-ci ildə ərəblər Gürcüstanı ilk dəfə işğal etdilər, lakin onlar yalnız 735–737-ci illərdə gürcü torpaqlarının əksəriyyətini özlərinə tabe etməyi bacardılar. 736 — 1122-ci illərdə Tiflis yerli müsəlman əmirliyinin mühüm bir mədəni və dini mərkəzi idi, baxmayaraq ki, ətraf kənd ərazilərindəki gürcü əhalisi xristian olaraq qalırdılar. Əmirlik zəiflədikcə, 1080 ilə 1480-ci illər arasında ölkədə islam dini tənəzzülə uğramağa başladı. Lakin XV əsrin sonunda Gürcüstanda Səfəvilərin güclənməsi ilə daha sonra Şərqi Gürcüstan ərazisində məskunlaşmış çox sayda müsəlman türk xalqlarının yaşayış məskənləri yayılmağa başladı, onlar Gürcüstan azərbaycanlılarının formalaşmasının əsasını qoydular.

Osmanlı İmperiyasının nəzarəti altına alınan Qərbi Gürcüstanda, XV–XVIII əsrlər arasında islam dini geniş yayıldı. Bunun nəticəsində, gürcülər alt etnik qrupları olan Lazlar, Acarlar və Çveneburi etnosları peyda oldu. Ahıska türkləri Ahıskada məskunlaşan Osmanlı türklərinin nəsilləridir.

Ədəbiyyat

  • al-Kurd̲j̲ / Minorsky, V. and Bosworth, C. E. // Encyclopaedia of Islam. 2 ed : [англ.]. — Leiden : E. J. Brill, 1960–2005.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.