Gürcüstan rusları
Gürcüstan rusları — respublikanın tarixi etnik icmalarından biridir.
Ümumi sayı |
---|
26 453 (2014)[1] |
Dili |
Gürcüstanın 2014-cü il siyahıya alınmasına görə respublikanın üçüncü böyük etnik azlığıdır. Çağdaş Rusiyadan kənarda MDB ölkələrindəki rus diasporlarından biridir. İqtisadi tənəzzül və etnik təmizlənmə 1990-cı illərin əvvəllərində rusların Gürcüstandan kütləvi şəkildə mühacirətinə səbəb olmuşdur. Bu öz növbəsində, ölkənin rus əhalisinin əhəmiyyətli dərəcədə qocalmasına və demoqrafik göstəricilərinin pisləşməsinə səbəb olur. Baxmayaraq ki, 2000-ci ildən sonra bir qədər sabitləşmə müşahidə olunmuşdur. Rusların ümumi əhali üzrə payı əhəmiyyətli dərəcədə azalıb: 1960-cı illərin əvvəllərindəki 10,1% -dən 2014-cü ildə 0,7% -ə enmişdir.
Yayılması
Çağdaş Gürcüstanın rus əhalisi tarixən şəhərlərdə, ilk növbədə Tiflisdə cəmləşmişdir. Baxmayaraq ki respublikada rus Molokan və Duxobor kəndləri var idi. Ruslar ən çox (bütün rusların demək olar ki, 1/2 hissəsi) ölkənin paytaxtı, Tiflis şəhərində yaşayır. Burada 1989-cu il siyahıyaalınmasına görə 1,7 milyon insandan ruslar əhalinin 10,0% -ni (124,825 min nəfər) təşkil edirdi. 2002-ci il siyahıyaalmasına görə isə əhalinin təxminən 3% (32,6 min nəfər) ruslardır. Rusların bir hissəsi Batumi (% 5,2) Poti (% 4,0) və Rustavi (% 3,1) şəhərlərində yaşayır. Əvvəllər rusların yaşadığı kənd yerlərində praktik olaraq heç bir rus qalmayıb (rus milli azlığını 1% -dən az). Respublikanın rus əhalisi ənənəvi olaraq pravoslavlığı qəbul edir, baxmayaraq ki ateistlərin sayı da az deyil.
- Gürcüstanda rus əhalisinin say dinamikası
1926[2] | 1939[3] | 1959[4] | 1970[5] | 1979[6] | 1989[7] | 2002[8] | 2014[9] |
---|---|---|---|---|---|---|---|
96 085 | 308 684 | 407 886 | 396 694 | 371 608 | 341 172 | 67 671 | 26 453 |
Tarixi
1841–1845-ci illərdə inzibati sərəncamla Duxoborlar Axalkalakinin cənubuna yerləşdirilirlər[10]. 19-cu əsrin sonları — 20-ci əsrin əvvəllərində nəşr olunan Brokhauz və Efronun ensiklopedik lüğətinə görə, Tiflis əhalisinin 4,4% -i və Kutaisi əyalətinin 0,53 % -ni ruslar təşkil edirdi. Tiflis qəzasında ruslar əhalinin 8,4 %-ni təşkil edirdi. Rus yaşayış yerlərinin əksəriyyəti təqaüdçü əsgərlərin gətirilməsi ilə meydana gəlirdi. Bundan əlavə 1886-cı ildə Qori qəzasında iki rus-osetin kəndi var idi. 1897-ci il əhalinin siyahıya alınmasına görə ruslar Tiflis əhalisinin 24,8% -ni təşkil edirdi[11].
Dil
Gürcüstan rusları əsaə rus dilində danışırlar. Rus dilindən başqa gürcü dilidə istifadə edilir.
İstinadlar
- "Национальный состав по краям Грузии (Total population by regions and ethnicity)". 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-14.
- "Всесоюзная перепись населения 1926 года. Национальный состав населения по регионам республик СССР". «Демоскоп». 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
- "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
- "Всесоюзная перепись населения 1959 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2012-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
- "Всесоюзная перепись населения 1970 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
- "Всесоюзная перепись населения 1979 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
- "Всесоюзная перепись населения 1989 года. Национальный состав населения по республикам СССР". «Демоскоп». 2019-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
- Этнический состав Грузии по переписи 2002 года Arxivləşdirilib 2012-08-03 at the Wayback Machine (ing.)
- "Национальный состав по краям Грузии (Total population by regions and ethnicity)". 2016-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-14.
- Институт этнологии и антропологии им. Н.Н. Миклухо-Маклая. "Кавказский этнографический сборник". www.history.az. 2011-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-20.
- "Тифлис". Брокгауз-Ефрон. 2012-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-04-09.