Gürcüstan kərtənkələsi
Gürcüstan kərtənkələsi (lat. Darevskia rudis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü.
Gürcüstan kərtənkələsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Euteleostomi Klad: Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Sinifüstü: Klad: Reptiliomorpha Klad: Amniota Klad: Sauropsida Sinif: Klad: Eureptilia Klad: Romeriida Klad: Diapsida Klad: Neodiapsida Klad: Sauria Klad: Lepidosauromorpha Dəstəüstü: Lepidosauria Dəstə: Fəsiləüstü: Lacertoidea Fəsilə: Yarımfəsilə: Lacertinae Cins: Növ: Gürcüstan kərtənkələsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xariçi görünüş
Daş kərtənkələlərinə daxil nisbətən iri növ sayılır. Uzunluğu 84 mm təşkil etdiyi halda quyruğu iki dəfə böyükdür. Başı aşkarca sıxılmış formaya malikdir. Orta hesabla boğaz nahiyəsində 20-34 pulcuq vardır. Bədəni boyunca isə 38-58 pulcuqla örtülü olur.
Bədənin yuxarı hissəsi erkəklərdə parlaq-yaşıl, zeytunu-yaşıl və ya çoşqun, dişilərdə isə boz rəngdə olur. Bədən boyunca qara rəngli noqtələr vardır. Erkəklərin qarın nahiyəsi yaşıl-sarı, mavi və ya maviyə çalar rəngdə olur. Dişilərdə isə sarı və ya yaşımtıl olur.
Yayıldığı ərazilər
Bu növə daxil olan kərtənkələlər Cənubi Qafqaz, İnquş və Çeçenistan, Dağıstan və Türkiyənin şimalında yayılmışdır.
Qafqaz ərazisində beş yarımnövü müəyyəndir:
- Lacerta rudis bischoffi Bohme et Budak, 1977 — Acarıstanda yayılmışdır.
- Lacerta rudis obscura Lantz et Cyren, 1936 — Dağlıq ərazilərdə, Gürcüstanın kür çayı sahili boyinca və Borjomi dərəsi boyunca yayılıb.
- Lacerta rudis macromaculata Darevsky, 1967 — Kür, Axalkalakiçayı boyunca, Gürcüstan ərazisində yayılıb.
- Lacerta rudis svanetica Darevsky et Eiselt, 1980 — Qərbi Gürcüstan ərazisində yayılmışdır.
- Lacerta rudis chechenica Eiselt et Darevsky, 1991 — Gürcüstanın Böyük Qafqaz dağları boyunca Azərbaycanın şərqinə qədər, Çeçenistanın və Dağıstanın dağlıq ərazilərində.
Qidalanması və yayılma xüsusiyyətləri
Qayalıqlar, çay sahilləri, meşəliklər və nadir hallarda ağaclarda yaşayırlar. Hündürlüyü 2000 metrə qədər olan ərazilərdə yayılmışdır. 1 km məsafədə 17-23 baş kərtənkələyə rast gəlinir. Fevral-mart aylarından oktyabr-noyabr aylarına qədər aktiv olurlar.
Əsasən cücülər və onurğasızlarla qidalanırlar.
İstinadlar
- The Reptile Database (ing.). / P. Uetz 2015.