Gürcüstan Xüsusi Təyinatlı Qüvvələri

Gürcüstan Xüsusi Təyinatlı Qüvvələri (gürc. სპეციალური ოპერაციების ძალები) – Gürcüstanda bir neçə dövlət struktrunun xüsusi təyinatlı qüvvələri mövcuddur. Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunlarına şəxsi heyəti 1500 nəfər olan Xüsusi əməliyyatlar Qrupu, 1-ci piyada briqadasının şəxsi heyəti 600 nəfər olan 12-ci batalyonu (kommondos), Hərbi Dəniz Qüvvələrinin 50 nəfərlik xüsusi təyinatlı qüvvələri, DİN-in Antiterror Mərkəzinin «Omeqa» xüsusi təyinatlı dəstəsi, DİN-in xüsusi əməliyyatlar Departamentinin «Qiya Qulua», keçmiş Qiya Quluaçılardan ibarət xüsusi operativ departamentinin xüsusi təyinatlı qrupu, DİN-in sərhəd polisinin 250 nəfərlik xüsusi təyinatlıları, həmçinin OMON xüsusi təyinatlıları var.

Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrinin bayrağı

Müdafiə Nazirliyinin Kocordidə yerləşən Xüsusi Əməliyyatlar Qrupu komandanlıq, qərargah, qərargah bölüyü, 3 xüsusi əməliyyat və 3 kəşfiyyat, rabitə və təchizat bölüyündən ibarətdir.

Kocoridəki xüsusi təyinatlı tabor 3 bölükdən ibarətdir və şəxsi heyəti 250 nəfərdir. Bundan başqa batalyona qərargah bölüyü və 6 xüsusi dəstə daxildir. Operativ dəstələrdə (A kod adlı) 12-14 nəfər təmsil olunur. Onlar silah, atıcılıq, mühəndis hazırlığı, tibbi hazırlıq, rabitə, kəşfiyyat, paraşütlə tullanma və s. hazırlıqları keçirlər. Operativ dəstələr istənilən şəraitdə quruda və dənizdə əməliyyat keçirmək qabilyyətinə malikdir. Hər üç tabor fasiləsiz döyüş növbətçiliyində olur. Bu taborların şəxsi heyəti dincəldikdə, məzuniyyətə və ya icazə alıb harasa getdikdə belə ekiprovkada və silahları ilə buraxılırlar.

Gürcü xüsusi təyinatlılarının bazaları aşağıdakılardır

  • Xüsusi Əməliyyatlar Qrupu Tiflis yaxınlığındakı Vaşlidcvari də yerləşir. Baza qərargah, kazarma, təlim korpusu, idman kompleksi, geyim və silah anbarı, qapalı atəş kompleksi, poliqon, vertolyot meydançasından ibarətdir. Qrupun silahlanmasında 5,45 mm AK-74, AKS-74 və AKS-74U, 7,62 mm çaplı AK-47, AKM və AKMS, 5,56 mm çaplı ABŞ istehsalı olan COLT M-16 avtomatının A1 (model 699) və A2 (model 711, model 733 «Commando»), COLT M-4 karabini, 5,56 mm çaplı İsrail istehsalı olan Tavor TAR-21, 9 mm çaplı AS «Val» xüsusi avtomatı, 7,62 mm SVD snayper tüfəngi (SSRİ), 7,2 mm M24 snayperi (ABŞ), 9 mm-lik «Vintorez» snayperi, 12,7 mm çaplı M-93 Black Arrow/Falcon/OM-50 Nemesis snayper tüfəngi, PM, PB, PSS tapançaları, NRS-2 xüsusi bıçaqları, 9 mm çaplı Ingram MAC M10 və M11 tapança pulemyotu, 9 mm çaplı Heckler&Koch MR-5A1 (Almaniya) tapança pulemyotu, 5,45 mm çaplı RPK-74, 7,62 mm RPK əl pulemyotu, 5,56 mm çaplı FN Minimi/M249 (Belçika-ABŞ), 7,62 mm FN MAG/M240, 12,7 mm çaplı Browning M2HB və M2HQCB, 12,7 mm çaplı NSV-12,7 «Utyos», 7,62 mm çaplı PK pulemyotları, 40 mm çaplı QP-25, 40 mm çaplı M203 (M203PI) lüləaltı qumbaraatan, 30 mm AQS-17 avtomatik qumbaraatanı, 66 mm M72 / LAW72 (ABŞ-İngiltərə-Türkiyə birgə istehsalı) birdəfəlik qumbaraatan, 84 mm AT4 / M136 (İsveç - ABŞ) tank əleyhinə birdəfəlik qumbaraatan, 83 mm Mark 153 (Mk.153) SMAW reaktiv qumbaraatanı, 73 mm çaplı tank əleyhinə birdəfəlik reaktiv RPQ-22 (Bolqarıstan) qumbaraatanı, RPQ-18, tank əleyhinə RPQ-7 qumbaraatanı, 60 mm M224 (ABŞ), 81 mm L-16 / M252 (İngiltərə-ABŞ) minaatanları; 9K111«Faqot» və 9K113 «Konkurs» tank əleyhinə idarəolunan raketlər, «İqla» və «Strela» daşınan zenit sistemləri, NATO ölkələrinin ordularında istifadə olunan peyk və GPS rabitə sistemləri, gecəgörmə cihazları, ABŞ istehsalı olan HMMWV M998 – HUMMER hərbi maşınları, İngiltərə istehsalı olan Land Rover Defender 90 və Land Rover Defender 110, Yaponiya istehsalı olan oyota Land Cruiser hərbi maşınları, motodeltoplan və s. daxildir.

Xüsusi əməliyyatlar qrupu ölkə daxilində və digər ölkələrin ərazilərində düşmən hədəflərinə qarşı əməliyyatlar keçirmək, diversiyalar yaratmaq məqsədi ilə təşkil olunur. Gürcüstanın ordu xüsusi təyinatlılarının hazırlanmasında ABŞ Müdafiə Nazirliyindən göndərilmiş 60 təlimatçı məşğul olub. Bu işlər üçün 2 illik «Öyrət və təchiz et!» (GTEP) proqrammı çərçivəsində ABŞ rəsmi Tiflisə 64 mln. ABŞ dolları civarında maddi yardımlar ayırıb, həmçinin texniki köməkliklər göstərilib. Qrupun zabit heyəti Milli Müdafiə Akademiyasını, kapral (çavuş) heyəti isə Krsaniki təlim mərkəzində hazırlanıblar. Qrupun şəxsi heyəti ABŞ-nin Fort-Breqq xüsusi qoşunların təlim mərkəzi, Fort-Benniqdəki Reyncerlərin təlim briqadası, Green Eyes - 10-th Special Operations Group (10-cu göy beretlər qrupu), Dəniz piyadaları korpusu (USMC) «Military Professional Resources Inc.» şirkətinin təlim mərkəzi, İngiltərənin xüsusi aviadesant xidməti (SAS), Türkiyənin «Kommandos», Baş Qərargahın xüsusi təyinatlıları və dağ atıcı briqadalarında təlimlər, ixtisasartırma kursları keçiblər. Gürcüstan xüsusi təyinatlıları təlim kursunda topqorafiya, taktika, kəşfiyyat, düşmənin arxasında diversiya əməliyyamtları, partizan döyüşləri, həmçinin paraşütlə tullanma, fiziki hazırlıq və tibbi yardım, müxtəlif atıcı silahlardan atəş açmaq, mina zərərsizləşdirmə, sualtı əməliyyatlar, xarici dil və s. keçirlər. İkinci mərhələdə isə onlara fərdi hazırlıq yoxlanılır. Gürcü xüsusi təyinatlıları kurs ərzində müxtəlif fiziki və psixoloji sınaqdan keçirlər, Gün ərzində xüsusi təyinatlılar 32 kq yüklə 10 km məsafəyə qaçır, kursun yekununda isə onlar bu yüklə 30 km məsafəyə qaçaraq imtahan verməlidirlər.[1]

İstinadlar

  1. http://military-az.com/forum/viewtopic.php?t=1541
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.