Gürcüstan Silahlı Qüvvələri
Gürcüstan Silahlı Qüvvələri (gürc. საქართველოს შეიარაღებული ძალები) — Gürcüstan ordusunun rəsmi adıdır. Gürcüstan Silahlı Qüvvələri quru qoşunları, hərbi hava qüvvələri və yarımhərbi Gürcüstan Milli Qvardiyasından ibarətdir.
Gürcüstan Silahlı Qüvvələri | |
---|---|
საქართველოს თავდაცვის ძალები | |
Qurulub | 30 Aprel 1991 |
Cari forma | 2018 Dekabr |
Daxildir |
•Gürcüstan Quru Qüvvələri •Gürcüstan Hərbi Hava Qüvvələri •Gürcüstan Milli Qvardiyası |
Qərargah | Tiflis, Gürcüstan |
Veb-sayt | mod.gov.ge |
Rəhbərlik | |
Başkomandan | Salome Zurabishvili |
Müdafiə Naziri | Irakli Garibashvili |
Canlı qüvvə | |
Əsgərlik müddəti | 12 ay |
Hərbi xidmət üçün münasib | 2,038,736, yaş 18–35 (2011)yaş 18-30 yaş |
Hər il əsgərlik yaşına çatan | 56.965 (2011) |
Aktiv kadr | 37.000 (2020) |
Xərclər | |
Büdcə | 290.000.000 USD (2020) |
ÜDM faizi | 1.81% |
Sənaye | |
Yerli təchizatçılar | |
Xarici təchizatçılar | |
Əlaqədar məqalələr | |
Tarix | Gürcüstanın hərbi tarixi |
Tarixi
Gürcüstan Silahlı Qüvvələri 1990-cı illərdə Sovet ordusunun qalıqları əsasında qurulub. Lakin keçmiş Sovet İttifaqının digər regionlarından fərqli olaraq Gürcüstanda ordu quruculuğu bir qədər fərqli aparıldı. Gürcüstan müstəqilliyə müharibə ilə başladı. Cənubi Osetiya və Abxaziya Gürcüstanın başağrısına çevrildi. Məhz buna görə, Gürcüstanın ordu quruculuğunda problemlər yaşandı. Məhz 94-95-ci illərdən sonra Gürcüstanda ordu quruculuğuna start verildi. 23 mart 1994-cü ildə Gürcüstan Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulan ilk Sovet respublikalarından biri olub. 2002-ci ildən 2004-cü ilə qədər ABŞ hərbçiləri tərəfindən 2.600 gürcü hərbçisinə təlim keçirilib.
NATO standartlarına keçmiş gürcü ordusu 2008-ci il avqust hadisələri zamanı az qala məhv olmaq təhlükəsi altında qalmışdı. Həmin müharibə Gürcüstan ordusunda kifayət qədər nöqsanların olduğunu bir daha üzə çıxardı.[1] Gürcüstan ordusu həm də xaricdə bir çox sülhməramlı və hərbi əməliyyatlarda iştirak edir. 2012-ci ilin əvvəlinə olan məlumata görə Əfqanıstanda 900 gürcü hərbçisi xidmət edir, 2012-ci ilin payızından onların sayının 1.600 nəfərə çatdırılıb. Ümumilikdə, 2013-cü ilin iyun ayına qədər Əfqanıstanda 29 gürcü hərbçisi öldürülüb.[2] 2014-cü ildə Ukraynada başlayan Donbass müharibəsində çoxlu sayda gürcü hərbçi könüllü şəkildə Ukrayna Silahlı Qüvvələrinə dəstək verərək döyüşüblər. Onların arasında hətta Gürcüstan Ordusunun Baş Qərargahının keçmiş rəisi general Georgi Kalandadze də var. Ukraynada döyüşən gürcü hərbçilər həmçinin Mamuka Mamuaşvilinin rəhbərliyi altında Gürcü legionunda birləşiblər. Ukraynada separatçılarla döyüşdə 2015-ci ilin yanvarına kimi 2 gürcü hərbçisi öldürülüb, daha bir neçəsi yaralanıb.[3]
Tərkibi
Gürcüstan Silahlı Qüvvələri NATO ölkələri hesabına formalaşdırılıb. 2003-cü ildə Gürcüstanda baş verən Narıncı inqilabdan sonra hakimiyyətə gələn Mixail Saakaşvili ölkədə digər sahələrlə yanaşı orduda da ciddi islahatlara başladı. İlk növbədə ordunun Rusiya sistemindən NATO standartlarına keçidinə başlanıldı. Digər sahələrdən fərqli olaraq, Silahlı Qüvvələrin modernləşdirilməsi daha sürətlə aparıldı və demək olar ki, ölkə büdcəsinin çox hissəsi orduya yönəldildi. Məhz ölkənin xarici dövlətlərdən aldığı çoxsaylı kreditlər bu gün Gürcüstan üçün üçün nəhəng həcmdə borc yaratmışdır. Hazırda Gürcüstanın Silahlı Qüvvələri Quru Qoşunlarından, Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrindən, Hərbi Dəniz Qüvvələrindən, eləcə də Milli Qvardiyadan ibarətdir. Şəxsi heyətin ümumi sayı 25-30 minə nəfərə yaxındır. Səfərbərlik ehtiyatı 100 minə yaxındır. Amma prezident Mixail Saakaşvili bir neçə il əvvəl bəyan etmişdi ki, Gürcüstan Silahlı Qüvvələrinin şəxsi heyəti 100 min nəfərə qədər olacaq. Ölkənin Quru Qoşunlarında 12,5 min hərbi qulluqçu (digər məlumata görə – 16,5 min nəfər) xidmət edir. 2007-ci ilin əvvəlinə olan məlumata görə, Quru Qoşunlarına aşağıdakılar daxildir:
- Birinci piyada briqadası (dislokasiya yeri Vaziani), heyəti 2500 nəfər. Onun tərkibində 11-ci Telavi yüngül piyada taburu (560 nəfər), 13-cü Şavnabad yüngül piyada taburu (560 nəfər), 16-cı Saçxer dağ-atıcı taburu (560 nəfər), kommandos taburu (560 nəfər), tank taburu (T-72), arxa təminat taburu, kəşfiyyat və mühnədis-istehkam bölükləri;
- İkinci piyada briqadası (dislokasiya yeri Kutaisi): 22-ci (Batumi), 23 və 24-cü piyada taburları, tank taburu (T-72), artilleriya diviziyası, arxa təminat taburu, kəşfiyyat və mühəndis-istehkam bölükləri;
- Üçüncü piyada briqadası (dislokasiya yeri Qori): 31, 32, 33, 34-cü piyada taburları, tank taburu (T-72), artilleriya diviziyası, arxa təminat taburu, kəşfiyyat və mühəndis-istehkam bölüyü. Briqada 2004-cü ilin avqustundan sonra amerikalı təlimatçılar tərəfindən təlim görüb;
- Dördüncü piyada briqadası (dislokasiya yeri Tbilisi): iki piyada və bir mexanikləşdirilmiş tabur (1,5 min nəfər), tank taburu (T-72), artilleriya diviziyası, arxa təminat taburu, kəşfiyyat və mühəndis-istehkam bölükləri. Bu briqada ən təcrübəli hissələrdən biridir. Orada xidmət edənlər arasında Abxaziya müharibəsində xidmət etmiş hərbi qulluqçular da var;
- Xüsusi təyinatlı əlahiddə briqada (dislokasiya yeri – Tbilisi yaxınlığındakı Kocori yaşayış məntəqəsi). “İraq taburu” adlanan hissə məhz burada komplektləşdirilib. Bu briqadada döyüş qabiliyyətli xüsusi təyinatlılar xidmət edir. Amma onlardan əksər vaxtlarda xüsusi obyektləri və dövlətin birinci şəxslərini mühafizə etmək üçün istifadə olunur. “İraq taburu”ndan əsasən Sxinvali üçün diversiya qrupları formalaşdırılır;
- Əlahiddə artilleriya briqadası (dislokasiya yeri Axalsıx): 4 diviziya, o cümlədən bir reaktiv hissə.
Gürcüstan Silahlı Quru Qoşunlarında 167 tank (30 ədəd T-55, 137 ədəd T-72), 40 ədəd BMP-1, 55 ədəd BMP-2, 11 ədəd BRDM-1, 37 ədəd BTR-70 və 33 ədəd BTR-80, 50 ədəd MTLB), 373 ədəd artilleriya sistemi (3 ədəd 152 mm-lik Qiaçint-B topları, 11 ədəd 152 mm-lik Msta-B qaubitsaları, 67 ədəd 122 mm-lik D-30 qautibsaları 62 – SAU (Pion, “Msta-S”, “Dana”, “Akasiya”, “Qvozdika”), 21 ədəd BM-21 Qrad RYAS (Reaktiv Yaylım Atəş Sistemi), 6 ədəd RM-70 RYAS, 2 ədəd Uraqan RYAS var. HHQ və HHM-də 2 min hərbi qulluqçu xidmət edir. Buraya daxildir: HHM əlahiddə diviziyası (Kutaisi), Marneuli və Kopitnaridə aviabazalar, Alekseyevka aerodromu. Aviasiya 10-12 ədəd Su-25 təyyarəsindən ibarətdir. Digər məlumatlara görə, gürcü ordusunda 16 ədəd Su-25T (SSRİ istehsalı) və 5 ədəd Su-25 Scorrion (İsrailin Elbit system şirkəti müasirləşdirib) var. Bundan başqa aviasiyada 2 ədəd MiQ-23, 4 ədəd – Yak-52, 4 ədəd L-29 “Delfin” təlim təyyarəsi, 6 ədəd An-2 desant təyyarəsi, 2 ədəd Yak-40, 4 ədəd MiQ-23 cəbhə qırıcısı, 4 ədəd L-159 ALCA var. Orduda Mi-24 və Mi-8 vertolyotları var. Aviasiyada əlahiddə eskadrilya var. HHM-ə 40 ədəd Strela-10 zenit raket kompleksi, Şilka, Neva, İqla və Strela daxildir. Ukrayna istehsalı RLS 36D6-M kompleksi var. HDQ-yə 3,1 min hərbi qulluqçu daxildir. Komanda qərargahı və əsas baza Potidə yerləşir. HDQ-yə eləcə də dəniz eskadrilyası, dəniz piyadası (Poti), sahil mühafizəsi bölməsi daxildir. HDQ-nin silah və texnikası aşağıdakılardan ibarətdir: “Dioskuriya” raket kateri (1071-ci il istehsalı, Fransa istehsalı). Gəmi 2003-cü ilin əvvəlində Yunanıstanda təmir olunub. Su tutumu 255 tondur; ”Tbilisi” raket kateri; ”Batumi” və “Akmeta” artilleriya katerləri; ”İveriya”, “Mestia”, “Kutaisi”, “Bofors”, “Tsxaltubo”, “Qali” keşikçi katerləri, “Qantiadi” patrul kateri. Bundan başqa kiçik desant katerləri və yardımçı gəmilər mövcuddur. Bir sıra katerlər SSRİ-nin sərhəd qoşunlarından qalıb. Hazırda onlar təmir olunub. İki “Point” tipli keşikçi kateri ABŞ Sahil Mühafizəsi tərəfindən verilib. Bundan başqa Gürcüstan Silahlı Qüvvələri öz arsenalına Türkiyə istehsalı olan “Ejder” və “Otokar Cobra” BTR-lərini daxil edib.
İstinadlar
- "Azərbaycan və Gürcüstan ordusu müqayisəsi". 2021-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-06-30.
- Əfqanıstanda 7 gürcü hərbçi həlak olub Arxivləşdirilib 2014-08-12 at the Wayback Machine Milaz.info
- "Генерал рассказал, сколько грузин воюет на Донбассе". 2020-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-24.