Gürcüstan Müəssislər Məclisi

Gürcüstan Müəssislər Məclisi (gürc. საქართველოს დამფუძნებელი კრება, sak’art’velos damp’udznebeli kreba) — Gürcüstan Demokratik Respublikasının milli qanunverici orqanı.[1] 1919-cu ilin fevralında Gürcüstanın İstiqlal əqdnaməsini, 1921-ci il Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün çağırılmışdır. Məclis 1921-ci ildə Gürcüstanın sovetləşməsindən sonra ləğv olunana qədər fəaliyyət göstərmişdir.

Gürcüstan Müəssislər Məclisi
gürc. საქართველოს დამფუძნებელი კრება
Loqonun şəkli
Ümumi məlumatlar
Təsis tarixi 14 fevral 1919
Ləğv olunma tarixi 24 mart 1921
İdarə heyəti
Nikolay Çxeidze, Sosial Demokrat Partiyası
1919-cu il tarixindən
Ekvtime Takaişvili, Gürcüstan Milli Demokrat Partiyası
Simon Mdivani, Gürcüstan Sosial Federalist Partiyası
Samson Pirtsxalava, Gürcüstan Sosial Federalist Partiyası
Quruluşu
Üzvlərin sayı 130
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Seçkilər

Gürcüstan Müəssislər Məclisinin açılış sessiyası

1917-ci il Oktyabr inqilabından sonra, 9 aprel 1918-ci ildə Zaqafqaziya Demokratik Federativ Respublikasına qoşulan Gürcüstan Rusiya imperiyasından ayrıldı. Lakin artıq 26 may 1918-ci ildə Gürcüstan suveren respublika elan edildi, həmin gün Gürcüstan Milli Şurası anonim olaraq Gürcüstanın Müstəqillik Aktını qəbul etdi. 1918-ci ilin oktyabrında Şura özünü müvəqqəti parlament elan etdi və Sovet İttifaqından əvvəlki Gürcüstanda yeganə ümumi seçki olan milli qanunverici seçkilərə hazırlaşmağa başladı.[2]

Müəssislər Məclisi, İstiqlal Bəyannaməsi və Cümhuriyyət Konstitusiyasının qəbul edilməsini təsdiq etmək üçün 1919-cu il fevralın 14-dən 16-dək keçirilən azad və birbaşa seçkilərdə seçildi. Seçkilərdə 15 siyasi partiya mübarizə apardı və onların nəticələri Sosial Demokrat Partiyası (Menşeviklər) və onun liderləri üçün böyük zəfər oldu. Müəssislər Məclisində 130 yerdən 109 mandat qazandılar. Gürcüstan Milli Demokrat Partiyası 8, Gürcüstan Sosial Federalist Partiyası 8 və Gürcüstan Sosialist İnqilab Partiyası 5 mandat qazanaraq, sırasıyla dörd əsas fraksiya meydana gətirdilər. İki əlavə fraksiya - Milli Partiya və Daşnaksütyuna verildi. Sosial Demokrat Nikolay Çxeidze Məclisin rəhbəri seçildi, Gürcüstan Milli Demokrat Partiyasından Ekvtime Takaişvili və Gürcüstan Sosial Federalist Partiyasından Samson Pirtsxalava və Simon Mdivani vitse-prezidentlər seçildi.[3]

21 mart 1919-cu ildə məclis Noy Jordaniyanı hökumət başçısı olaraq seçdi və yeni kabinetini qurdu.

Qanunverici fəaliyyəti

Gürcüstan Müəssislər Məclisi, mövcud olduğu iki il ərzində, vətəndaşlıq, yerli seçkilər, ölkənin müdafiəsi, kənd təsərrüfatı, məhkəmə sistemi, etnik azlıqların maraqlarına uyğun siyasi və inzibati tədbirlər, milli xalq təhsili sistemi və maliyyə, pul siyasəti, Gürcüstan dəmir yolları, ticarət və yerli istehsal və s. haqqında, 126 qanun qəbul etdi.[4] 1919-cu ilin iyulunda Məclis, üzvlərinin "qanunlara riayət edilməsinə və qorunmasına nəzarət etmək və onların bütün təşkilatlar, fərdlər və yerli hökumətlər tərəfindən ciddi şəkildə yerinə yetirilməsini təmin etmək" üçün ölkənin qanunverici orqanı tərəfindən seçilməli olan Senatı təsis etdi. Senat mahiyyətcə apellyasiya məhkəməsi idi, eyni zamanda qanuna zidd olan hər hansı bir hökumətin qərarını ləğv etmək və məhkəmələrə qarşı şikayətlərə baxmaq səlahiyyətinə malik idi.[5]

Müəssislər Məclisinin ləğvi

Rusiyadakı Vətəndaş müharibəsi dövründə çətin xarici əlaqələrdən və daxili problemlərdən narahat olan Gürcüstan hökuməti qanunvericilikdə nəzərdə tutulan mütərəqqi proqramı praktik olaraq tam həyata keçirə bilmədi. 1921-ci ilin əvvəlində, Müəssislər Məclisi 21 fevral 1921-ci ildə Qırmızı Ordunun işğalından sonra, Tiflisin kənarında döyüşlər gedərkən qəbul edilən ilk Gürcüstan Konstitusiyasını hazırladı.

Fevralın 25-də Müəssislər Məclisi Tiflisdən, əvvəlcə Kutaisiyə, sonra isə 21 mart 1921-ci ildə respublika hökumətinə ölkəni tərk etmək əmrinin verilməsi ilə bağlı son iclasın keçirildiyi Batumi şəhərinə köçürüldü. 1921-ci il martın 24-də bolşeviklər tərəfindən yaradılan müvəqqəti idarəetmə Gürcüstan İnqilab Komitəsi, Müəssislər Məclisinin buraxıldığını elan etdi.[5]

Həmçinin bax

İstinadlar

  1. Акт независимости Грузии
  2. Nohlen, Dieter; Grotz, Florian & Hartmann, Christof (2001), Elections in Asia and the Pacific: A Data Handbook, pp. 372-4. Oxford University Press, ISBN 0-19-924958-X.
  3. The Constituent Assembly, 1919-21 Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Parliament of Georgia
  4. Losaberidze, Joseph. "The problem of nationalism in Georgia" (PDF). NATO Office of Information and Press. 1998. 2012-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2008-05-20.
  5. Christopher Peter, Michael Waters (2004), Counsel in the Caucasus: Professionalization and Law in Georgia, pp. 36-7. Martinus Nijhoff Publishers, ISBN 90-04-13947-8

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.