Gürcüstan Demokratik Respublikası
Gürcüstan Demokratik Respublikası (GDR; gürcücə: საქართველოს დემოკრატიული რესპუბლიკა Sakartvelos Demokratiuli Respublika) — 1918–1921-ci illər arasında fəaliyyət göstərmiş müasir və müstəqil Gürcüstan dövləti. Rusiya imperiyasının 1917–18 illərdə dağılması nəticəsində yaranmış və cəmi bir ay yaşamış Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra, 1918-ci ilin 26 may tarixində istiqlaliyyətini bəyan edən GDR-in paytaxtı Tiflis şəhəri rəsmi dili isə Gürcü dili olmuşdur. GDR dövründə Gürcüstanın ərazisi təxminən 107.600 km², əhalisi — 2,5 milyon, sərhədləri şimalda Kuban Xalq Cümhuriyyəti və Şimalı Qafqaz Dağlılar Respublikası ilə, cənubda Osmanlı İmperiyası və Ermənistan Xalq Cümhuriyyəti ilə, cənub-şərqdə isə Azərbaycan Xalq Cümhuriyyəti ilə olmuşdur.
Demokratik Respublika | |||||
Gürcüstan Demokratik Respublikası | |||||
---|---|---|---|---|---|
საქართველოს დემოკრატიული რესპუბლიკა | |||||
|
|||||
|
|||||
|
|||||
Paytaxt | Tbilisi | ||||
Dilləri | gürcü dili, rus dili, erməni dili, Abxaz dili, Azərbaycan dili, yunan dili, Osetin dili, Svan dili, Meqrel dili, Laz dili | ||||
Rəsmi dilləri | Gürcü dili | ||||
Ərazisi | 107.600 km² | ||||
Əhalisi | 2.500.000 | ||||
İdarəetmə forması | Unitar dövlət, parlamentli respublika | ||||
Rəhbər | |||||
• 1918–1921 | Noe Ramişvili | ||||
Vikianbarda əlaqəli mediafayllar |
GDR demokratik parlament respublikası üsulu ilə idarə edilmişdir. Parlamenti müxtəlif siyasi partiyalardan ibarət olsa da, hökuməti əsasən aparıcı qüvvə olan Gürcüstan Sosial-Demokrat Menşevik partiyası təşkil etmişdir. Daxili və xarici ixtilaflarla zəifləmiş Gürcüstanın ilk demokratik dövləti 1921-ci il mart ayında Rusiya SFSR qoşunlarının hücumu və işğalı nəticəsində süquta uğramışdır.