Gürcüstan–Türkiyə münasibətləri

Türkiyə–Gürcüstan münasibətləriGürcüstan Respublikası və Türkiyə arasındakı mövcud ikitərəfli münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. İki ölkə arasında dövlət sərhəddinin uzunluğu 273 km-dir[1].

Türkiyə–Gürcüstan münasibətləri
Türkiyə və Gürcüstan
 Türkiyə  Gürcüstan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

16 dekabr 1991-ci ildə Türkiyə Gürcüstanın müstəqilliyini tanımışdır. 21 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına dair protokol imzalanmış, bundan sonra paytaxtlarda səfirliklər açılmışdır. Osmanlı İmperiyasının keçmişdə Gürcüstanı işğal etməsinə baxmayaraq, Gürcüstan Prezidenti Eduard Şevardnadze Türkiyəni iqtisadi və diplomatik tərəfdaş kimi tanımışdır. Gürcülər Türkiyə ilə sərhədin açılmasından istifadə edərək ən yaxın kapitalist qonşusu ilə güclü ticarət fəaliyyətini inkişaf etdirməyə başladılar. 1992-ci ildə Gürcüstan mərkəzi ofisi Türkiyədə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına qatılır. 1992-ci ilin dekabrında Türkiyə buğda və digər malların satın alınması üçün Gürcüstana 50 milyon dollar kredit verdi və bu ölkədəki özəl investisiyaları stimullaşdırmağa başladı. 1990-cı illərin əvvəllərində Gürcüstan Türkiyə ilə ölkələr arasında mövcud dövlət sərhədinin tanınması da daxil olmaqla bir neçə diplomatik müqavilə imzaladı[2]. Türkiyənin Batumidə, Gürcüstanın isə İstanbulTrabzon şəhərlərində baş konsulluqları var. 2007-ci ildən bəri, Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır və bu ölkənin iqtisadiyyatına lider yatırım edən ölkələrdən biridir. 31 may 2011-ci ildə Gürcüstan və Türkiyə, 10 dekabr 2011-ci il tarixində qüvvəyə minmiş bir protokol imzalamışlar. Bu ölkələrin vətəndaşlarının daxili pasportlarından istifadə edərək dövlət sərhədini keçməsini təmin edir[3].

Türkiyə hakimiyyəti Gürcüstanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir. Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımır. Türkiyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərək bu münaqişələrin sülh yolu ilə həll olunacağına ümid etdiyini dilə gətirir. Türkiyə Gürcüstanın NATO və Avropa İttifaqına qoşulma səylərini də dəstəkləyir. Dövlətlərarası münasibətlərdəki digər bir vacib məsələ, Axısqa türklərinin öz yurdlarına qayıtmasıdır. Türk səlahiyyətliləri bu məsələni yaxından izləyir və geri dönmə prosesindəki bütün maneələrin Gürcüstanın 1999-cu ildə Avropa Şurasının üzvü olaraq götürdüyü öhdəliklərə uyğun olaraq aradan qaldırılacağına ümid bəsləyirlər.

2017-ci ildə ölkələr rəsmi diplomatik münasibətlərin qurulmasından 25 il keçirmişlər[4].

İqtisadi münasibətlər

Ölkələr arasında müxtəlif sahələrdə: enerji, ticarət, iqtisadiyyat, təhsil və mədəniyyət sahələrində sıx əməkdaşlıq qurulmuşdur. Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır: 2015-ci ildə ölkələr arasındakı ikitərəfli ticarət həcmi 1,33 milyard dollar təşkil etmişdir. Türk yatırımçılar Gürcüstanda ümumi dəyəri 3,5 milyard ABŞ dolları olan 197 layihəni uğurla tamamlamışlar. Hər iki ölkənin vətəndaşları turizm gəzintiləri üçün vizasız rejimdən yararlanırlar. 2015-ci ildə Türkiyəyə təxminən 1.900.000 gürcü turist gəlmişdir[5].

İstinadlar

  1. "The World Factbook". 2017-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  2. "Georgia - Turkey". 2016-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  3. "Архивированная копия". 2017-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
  4. "25th anniversary of Georgia-Turkey diplomatic relations | Rustavi2". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  5. "Economic Relations between Turkey and Georgia / Rep. of Turkey Ministry of Foreign Affairs". 2018-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.