Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası

Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası — Gürcüstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi İlias Zourosdur.

Tarixi

Gürcüstan Basketbol Federasiyası 4 iyun 1991-ci ildə təsis edilmiş və 1992-ci ildən FIBA-nın üzvü olsa da, milli komanda ilk rəsmi oyununu 1995-ci ildə Polşaya qarşı keçirmişdir.

Komnanda tarixinin ən böyük uğurunu ilk dəfə 2011-ci ildə final mərhələsinə vəsiqə qazandığı EuroBasket turnirində əldə etmişdir. Həmin il Litvada təşkil olunmuş final mərhələsində Gürcüstan millisi 11-ci yeri tutmuşdur[1].

Beynəlxalq turnirlərdə iştirakı

Yay Olimpiya Oyunları

hələ ki, vəsiqə qazanmayıb

Dünya çempionatı

hələ ki, vəsiqə qazanmayıb

EuroBasket

EuroBasket 2013, Polşa–Gürcüstan matçından bir kadr
EuroBasket
İl Yer Oyun Qələbə Məğlubiyyət
1999–2009İştirak etməyib
 Litva 201111-ci yer826
 Sloveniya 201317-ci yer514
 Fransa 201515-ci yer624
 Türkiyə 2017
Yekun19514

Rəqiblər üzrə statistika

Forma

İstehsalçı

2015: "Spalding"[2]

2015: "NATAKHTARI"[2]

Baş məşqçiləri

İndiki baş məşqçi İlias Zouros
  • Gürcüstan Besik Liparteliani (1995-1997)
  • Gürcüstan Levan Moseşvili (1997-1999)
  • Gürcüstan Zurab Tomaradze (1999-2001)
  • Xorvatiya Drazen Brajkoviç (2001-2005)
  • Kanada Qordon Herbert (2005-2007)
  • Kanada Ken Şilds (2007-2008)
  • Serbiya İqor Kokoşkov (2008-2015)
  • Yunanıstan İlias Zouros (2016-cı ildən)[3]

İstinadlar

  1. 2011 FINAL STANDINGS Arxivləşdirilib 2018-11-20 at the Wayback Machine. fibaeurope.com  (ing.)
  2. Georgia | EuroBasket 2015 - PHOTO GALLERY Arxivləşdirilib 2015-10-23 at the Wayback Machine, eurobasket2015.org, Retrieved 22 Oct 2015.
  3. "Zouros, the new man in charge of Georgia" (ingilis). Fibaeurope. 18 February 2016. 5 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 February 2016.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.