Gürcü Mustafa Paşa
Gürcü Mustafa Paşa (ö. 1664) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Gürcü Mustafa Paşa | |
---|---|
Əvvəlki | Şahsüvarzadə Mehmed Paşa |
Sonrakı | Mələk İbrahim Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Ərzurum əyaləti, Osmanlı imperiyası |
Həyatı
Doğum tarixi haqqında məlumat yoxdur. Əslən gürcü olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra 1652-ci ilin martında yeniçəri ağası təyin edildi. Ancaq həmin ilin dekabrında vəzifədən alındı. 1654-cü ildə Kanija, ardından Maraş, 1657-ci ilin yanvarında vəzirliklə Ərzurum, 1659-cu ildə Şam və 1660-cı ilin iyununda Misir bəylərbəyliyinə gətirildi. Ancaq 3 may 1661-ci ildə vəzifədən alındı və öncə Kəfə, ardından yenidən Ərzurum bəylərbəyi təyin olundu. Bu vəzifədə ikən 1664-cü ildə Ərzurumda vəfat etdi.
Mənbə
- Sicill-i Osmani IV, səh. 169
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.