Günortadan sonra məhəbbət (film, 1957)

"Günortadan sonra məhəbbət" (ing. Love in the Afternoon) — rejissor Billi Uaylderin filmi.

Günortadan sonra məhəbbət
ing. Love in the Afternoon
Janr komediya
melodram
Rejissor Billi Uaylder
Prodüser Billi Uaylder
Əsərin müəllifi Klod Ane
Ssenari müəllifləri Billi Uaylder
İ.A.L. Daymond
Baş rollarda Qeri Kuper
Odri Hepbern
Moris Şevalye
Operator Uilyam Mellor
Bəstəkar Frans Vaksman
Rəssam Aleksandr Trauner
İstehsalçı Allied Artists Pictures Corporation
Distribütor Netflix
İlk baxış tarixi 30 iyun 1957
Filmin digər adı Ariana
Filmin növü bədii film
Müddət 130 dəqiqə
Büdcə 2,1 milyon $[1]
Gəlir 2 milyon $[2]
Ölkələr ABŞ ABŞ
Dil ingilis dili
İl 1957
Rəng ağ-qara
IMDb ID0050658
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Cazibədar gənc qız, Ariana Şavess gələcək violonçel ifaçısı kimi konservatoriyada təhsil alır. O, şəxsi xəfiyyə olan atası Klodla birlikdə yaşayır. Klod bir-birinə xəyanət edən ər-arvadları izləməklə özünə çörəkpulu qazanır. Bu dəfə onun köhnə marağının hədəfi Amerika pleyboyu Frenk Flenneqandır.

Müştərilərdən biri arvadı ilə Flenneqanın eşq macərasından xəbər tutur və ona atəş açmaq qərarına gəlir. O, Flenneqanın öz məşuqələrilə görüşdüyü "Ris" otelinə daxil olur. Lakin orada arvadının əvəzinə "milyonçu" Ariananı tapır. Evdə atasının söhbətlərinə qulaq asan Ariana Frenkə qabaqcadan xəbərdarlıq edir və onu ölümdən qurtarır.

Bir ildən sonra tale Frenklə Ariananı Parisdə yenidən qarşılaşdırır. Frenkdə qısqanclıq doğurmaq üçün Ariana üzünə bədbəxt qadın maskası taxır. O, Frenkə tanınmış və varlı kişilərlə olan çoxsaylı sevgi macəralarından danışır. Əslində isə, o, Ariananın aşiq olduğu ilk şəxsdir. Artıq Frenk ümidsizliyə düçar olub. Ariana ona adını belə demədən çıxıb gedir.

Onu son dərəcə maraqlandıran bu qız haqqında həqiqəti öyrənmək üçün Frenk qarşısına çıxan ilk şəxsi xəfiyyədən kömək istəyir. Bu qızın atası Klod Şavess olur...

Film haqqında

  • Film Klod Anenin "Rus qızı Ariana" əsəri əsasında çəkilmişdir[3].

Filmin heyəti

Film üzərində işləyənlər

Əsərin müəllifi : Klod Ane
Ssenari müəllifləri : Billi Uaylder, İ.A.L. Daymond
Rejissor : Billi Uaylder
Operator : Uilyam Mellor
Rəssam : Aleksandr Trauner
Bəstəkar : Frans Vaksman
Prodüser : Billi Uaylder
Rejissor assistenti : Pol Feyder
Montaj : Leonid Azar

Rollarda

Qeri Kuper – Frenk Flenneqan
Odri Hepbern – Arianna Şavess
Moris Şevalye – Klod Şavess
Con Makqiver – cənab X
Van Duad – Mişel
Liza Burden – xanım X
Olqa Valeri

İstinadlar

  1. Balio, Tino (1987). United Artists: the company that changed the film industry, page 164
  2. "Top Grosses of 1957", Variety, 8 January 1958: 30
  3. "Ariane: La sexualité davantage censurée en 1957 qu'en 1930". 2020-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-16.

Mənbə

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.