Günel Mövlud
Günel Mövlud (9 oktyabr 1981, Mehdili, Cəbrayıl rayonu) — azərbaycanlı şairə, jurnalist, publisist, tərcüməçi.
Günel Mövlud | |
---|---|
Günel Vəzir qızı İmanova | |
Doğum tarixi | 9 oktyabr 1981 (42 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | jurnalist, tərcüməçi |
Üzvlüyü |
Həyatı
Günel Mövlud 1981-ci ilin 9 oktyabrında Cəbrayıl rayonunun Mehdili kəndində doğulub.
2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirib. 2000-ci ildən dövri mətbuatda yazıları çap olunur. "Alma" qəzetinin əməkdaşı olub. 2006-cı ildə "Qaranlıq və ikimiz", 2010-cu ildə "5XL — Bu bir bədən ölçüsüdür", 2013-cü ildə isə "Axşamçağına cavab" adlı şeirlər kitabları işıq üzü görüb. Sonuncu kitabı — "Axşamçağına cavab" həbsdə olan 7 N!DA-çı gəncə həsr olunub. Azad Yazarlar Ocağının üzvüdür. 2013-cü ildə bir illik müddətə bu təşkilata sədr seçilmişdir.
Tərcümələri
- Viktor Pelevin. Omon Ra (roman).
- Mariya Matios. Qiyamət günü (hekayə).
- Tatyana Tolstaya. Sevimli Şura (hekayə).
- Tatyana Tolstaya. Peters (hekayə).
- Qabriel Qarsiya Markes. Yüz ilin tənhalığı (roman).
- Haruki Murakami. Norveç meşəsi (roman).
- Stendal. Qırmızı və qara (roman).
- Vera Tulyakovanın xatirələri
- Soljenitsin. İvan Denisoviçin bir günü
Filmoqrafiya
- Yalan (film, 2005)
- Buqələmun (film, 2012)
İstinadlar
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.