Günel Şakir

Rejissor. Ssenari müəllifi. Aktrisa. Prodüser.

GÜNEL ŞAKİR
Günel Şakir qızı Tağıyeva
Digər adı Günel Tağıyeva
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı
Fəaliyyəti Aktrisa

Həyatı

Günel Şakir qızı Əlibəyli (Tağıyeva)- 19 avqust 1981-ci ildə Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinin kinorejissorluq ixtisasında təhsil almışdır. Müəllimi xalq artisti, professor Eldar Quliyev olub. 2000-ci ildən "Azad Azərbaycan" İctimai-siyasi radiosu və qəzetinin müxbiri vəzifəsində çalışıb. 2004-cü ildə "Lider" TV-nin "Azərbaycan" redaksiyasında rejissor assistenti və prodüser kimi çalışıb. 2005-2007-ci illərdə "CNF production"da rejissor işləyib. 2007-ci ildən ATV telekanalında rejissor vəzifəsində çalışır. Ailəlidir, bir övladı var, Elçin Əlibəylinin həyat yoldaşıdır.

Filmoqrafiya

  1. Kəsişməyən yollar (film, 2002)
  2. Ümid (film, 2002)
  3. Daha Dəhşət (2005)
  4. Məni Taparsız Şeirlərimdə (2005)
  5. Tanıdım (2005) (veriliş)
  6. Yaşayır İnsan (2005)(ifaçı Rəşid Behbudov)(klip)
  7. Mən Sizə Gələcəm (2006)(ifaçı Aslan)(klip)
  8. Sən Nəğmələr Qoş (2006)
  9. Azərbaycan Təbiəti (2007)
  10. Azərbaycan Mədəniyyəti (2007)
  11. El içində (veriliş, 2007) (veriliş)
  12. Səma Altında Muzey (2007)
  13. Azərbaycanda İstirahət (2007)
  14. Bapbalaca (2008)
  15. Baş Komandan (2008)(ifaçı Təranə Vəlizadə)(klip)
  16. Füzuli Kantatasından Ariya (2008)(ifaçı Nadir Qafarzadə)(klip)
  17. LG Bilik Akademiyası (2008)
  18. Sirr (serial, 2012)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.