Gündüz Abdullayev (kapitan)

Abdullayev Gündüz Məhərrəm oğlu (22 iyun 1965, Sumqayıt9 yanvar 1999, Bakı) — Kapitan, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş Qarabağ müharibəsi döyüşçüsü (ölümündən sonra).[1]

Gündüz Abdullayev
Abdullayev Gündüz Məhərrəm oğlu
Doğum tarixi 22 iyun 1965(1965-06-22)
Doğum yeri
Vəfat tarixi 9 yanvar 1999(1999-01-09) (33 yaşında)
Vəfat yeri

Həyatı

Gündüz Abdullayev 22 iyun 1965-ci ildə Sumqayıt şəhərində anadan olub. Gündüzün hələ uşaq yaşlarından hərb sənətinə böyük marağı olub. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Gündüz 1981-ci ildə Sumqayıt şəhəri 17 saylı peşə məktəbinə daxil olur. Lakin orta təhsilini yarımçıq qoymur. Orta təhsili çox yaxşı qiymətlərlə başa vurur.

1981-ci ildə SSRİ silahlı qüvvələrində hərbi xidmətə çağırılan Gündüz, Almaniyada qulluq edir. Elə burada qulluq edərkən gələcək həyat yolunu müəyyənləşdirir. Almaniyada 1985-ci ildə praporşiklər (gizirlər) məktəbini bitirir.

Ailəsi

Ailəli idi, azyaşlı 1 oğlu, 1 qızı vardı.

Fəaliyyəti

Qarabağ muharibəsi dövrü

1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən Gündüz Abdullayev 1992-ci ildən Azərbaycan Respublikası Daxili Qoşunlarının N sayılı Hərbi hissəsində taqım komandiri kimi fəaliyyətinə davam etmişdir. Onun döyüş yolu Azərbaycanın murahibə gedən əksər cəbhə bölgələrindən keçmişdir. Şuşa, Goranboy, Ağdam, Füzuli, Ağdərənin müdafiə olunmasında xüsusi bacarıq və igidlik göstərmişdir.

Silahsız şəkildə, erməni kəşfiyyatçısını tərksilah edib, əsir götürən Gündüz Abdullayev hadisəni belə danışıb:

" Gecə saatları idi, qərargah maşınının yanında əllərimi yuyurdum. Birdən elə bil kimsə avtomatın çaxmağını çəkdi. Gecənin qaranlığında o tərəfə baxanda gördüm ki, hərbi geyimdə tanımadığım bir adam dayanıb. Mənə baxıb Zəngilan taborunun yerini soruşdu. Nəsə şübhələndim, ona əks istiqaməti göstərdim. Onu saxlamaq üçün bir bəhanə fikirləşənə qədər özü siqaret yandırmaq üçün kibrit istədi. Kibriti alışdırıb, ovucumda saxladım. Başını yaxınlaşdıranda alovun zəif işığında üzünə diqqətlə baxdım. Əsl erməni sifəti idi. Bir qullab vurub boynunu dikəldəndə zəif işıqda avtomatının qundağındakı xaçı gördüm. Ona möhkəm zərbə vurdum. Müqavimətini itirdi, yerə yıxıb sənədlərini götürdüm. Yazılardan dəqiq bildim ki, erməni kəşfiyyatçısıdır. "

1993-cü ilin sonlarında Horadiz stansiyasının işğaldan azad edilməsi ilə bitən döyüş əməliyyatlarında bu söhbət məşhurlaşmışdı. Gündüz Abdullayevin isə başına gələn belə hadisələr, macəraları daha çox idi.

Bu kimi onlarla səriştələrinə görə, döyüş bacarığı nəzərə alınaraq 1993-cü ilin fevralında ona leytenant rütbəsi verilmişdir.

Daxili Qoşunlarda

1996-cı ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasına qəbul olmuşdur. Kapitan Abdullayevin təşkilatçılığı, iş qabiliyyətinə görə ona "Şahin" xüsusi təyinatlı dəstənin bölük komandiri kimi məsuliyyətli bir iş həvalə olundu. Nümunəvi xidməti, dövlət çevirilişinə cəhd göstərən təhlükəli cinayətkarların tutulması üzrə xüsusi əməliyyat keçirilməsində qarşıya qoyulmuş tapşırıqlara məsuliyyətlə yanaşması, əməliyyatlar zamanı qorxmazlıq və cəsarət göstərməsi, şəxsi heyətlə işləmək bacarığı, nizam-intizamı yüksək qiymətləndirildi. Gündüz Abdullayevə etimad göstərilərək 1998-ci ilin iyul ayında hərbi hissənin Qərargah rəisinin köməkçisi vəzifəsinə təyin olundu. Həmin ilin avqust ayında isə ona Kapitan hərbi rütbəsi verildi.[2][3]

Ölümü

Qobustan qiyamı (1999) 8 yanvar 1999-cu il Qobustan həbsxanasıda xüsusi təhlükəli Dövləti cinayətlərə görə məhkum olunmuş Vahid MusayevFaiq Baxşəliyevim rəhbərliyi ilə bir qrup məhbus itaətsizlik göstərmiş, həbsxanadan qaçmaq üçün nəzarət-buraxılış məntəqəsinə hücum edərək, xeyli sayda silah ələ keçirərək, qulluqçu və nəzarətçiləri girov götürmüşldülər. Onları xilas etmək üçün aparılan əməliyyatda Kapitan Gündüz Abdullayev həlak oldu.

Xatirəsi

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakı şəhəri, 12 yanvar 1999-cu il, № 73 Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub. DİN-nin Biləcəridə yerləşən N sayılı Daxili Qoşunlar Hərbi hissəsində Gündüz Abdullayev adına maneələr zonası və Daxili Qoşunlar Qala Tədris Mərkəzinin atəş mərkəzi bu gün Gündüzün adını daşıyır.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.