Günay Rzayeva
Günay Tapdıq qızı Rzayeva (29 yanvar 1990, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) (2022-ci ildən).
Günay Rzayeva | |
---|---|
![]() ![]() | |
Vəzifədədir | |
16 iyul 2022-ci ildən | |
Əvvəlki | Ülkər Bayramova |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 yanvar 1990 (34 yaş) |
Doğum yeri | Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Azərbaycan |
Həyatı
Günay Rzayeva 29 yanvar 1990-cı ildə Naxçıvan şəhərində anadan olub.
Təhsili
- 2008-ci ildə Naxçıvan Qızlar Liseyini fərqlənmə attestatı ilə bitirmişdir.
- 2008–2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakültəsində Hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır.
Fəaliyyəti
- 2011–2014-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində böyük mütəxəssis-dəftərxana müdiri, 2014–2015-ci illərdə hakim köməkçisi vəzifəsində çalışmışdır.
- 2020–2021-ci illərdə Babək Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində çalışmışdır.
- 2021–2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır.
- 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.
Mənbə
- Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin rəsmi səhifəsi (Ombudsman) — http://ombudsman.nakhchivan.az
- Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib — https://nnk.gov.az/singleNews?news=82
- Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib — https://www.azerbaijan-news.az/az/posts/detail/altinci-cagiris-naxcivan-muxtar-respublikasi-ali-meclisinin-yeddinci-sessiyasi-kecirilib-1657998046
- Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin rəsmi səhifəsi (Ombudsman) — http://ombudsman.nakhchivan.az/page.php?lang=az&page=35/
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.