Günəbaxanlar

Günəbaxanlar (fr. Tournesols) — Holland rəssamı Vinsent van Qoq tərəfindən 1888-ci ildə çəkilmiş rəsm əsəri.

Günəbaxanlar
fr. Tournesols
Rəssam Vinsent van Qoq
Tarixi 1888
Texnikası Kətan, yağlı boya 92x73 sm
Ölçüləri 95 sm × 73 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer London milli qalereyası, London, Böyük Britaniya Birləşmiş Krallıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Haqqında

Günəbaxanlar Holland rəssamı Vinsent van Qoqun iki silsilə rəsmlərinin adıdır. Birinci seriya 1887-ci ildə Parisdə yerinə yetirilmişdir. O, yerə sərilmiş güllərə həsr olunmuşdur. İkinci seriya bir il sonra Arlda yerinə yetirilmişdir. O, vazdakı günəbaxanların təsvirini verir. Həmin şəkil ikinci seriyaya daxildir və 15 günəbaxanı təsvir edir. Çiçəklər tez solurdu və Van Qoq onları ilk görünüşdən çəkirdi, boyaları çox qatı vururdu( buna impasto texnikası deyilir), onları birbaşa tübikdən kətan üzərinə sıxıb yaxırdı. Şəklin fakturası çox qabarıq və kələ-kötür idi, bunun da nəticəsində elə təsəvvür yaranır ki, boyalar kətanın səthindən çıxır.

Vandalizm aktı

14 oktyabr 2022-ci ildə iki nəfər ekofəal London Milli Qalereyasında əsərin üzərinə Heinz konservləşdirilmiş tomat şorbası tökərək vandalizm aktı törədib. Rəsm əsəri vandalizmə qarşı xüsusi şüşə örtüklə qapadıldığından zərər görməyib[1].

Paris seriyası

Arl seriyası

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.