Gümüşgöl əfsanəsi
Gümüşgöl əfsanəsi | |
---|---|
rus. Легенда Серебряного озера | |
Janr |
Dram Komediya Məhəbbət |
Rejissor | Eldar Quliyev |
Ssenari müəllifləri | Eldar Quliyev, İsi Məlikzadə |
Baş rollarda |
Eldəniz Rəsulov-Fərid Yelena Seropova-Leyli Mətanət Atakişiyeva-Nərgiz Şükufə Yusupova-Səidə Kamil Zöhrabov-Dəmir Etibar Rəhimov-Rza Həsənağa Turabov-Ağazəki |
Operator | Rafiq Qəmbərov |
Bəstəkar | Müslüm Maqomayev |
Rəssam | Mayis Ağabəyov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 2 may, 1985 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 92 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | Rus dili |
İl | 1984 |
Texniki məlumatlar |
10 hissə 2640 metr genişekranlı 35 mm "Svema" kinolenti (Şostka kimya kombinatı) |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
IMDb | ID2514288 |
Məzmun
- Şən avtomobil gəzintilərindən birində gənc sənətşünas Fərid (Eldəniz Rəsulov) və dostları yoldan keçən piyadaya (Ramiz Əzizbəyli) sataşmaq məqsədilə maşının işığını onun üstünə buraxırlar. Piyada maşına dəyib yıxılır və hərəkətsiz qalır. Məsuliyyətdən yaxa qurtarmaq üçün hamı şəhərdən çıxmağa çalışır. Fərid də uzaq dağ kəndinə, məşhur xalçatoxuyan Səidənin (Şükufə Yusifova) yanına gedir. Burada o, Səidənin qızı Leyli (Yelena Seropova) ilə tanış olur. Sadəlövh qız ona Gümüşgölün əfsanəsini danışır: hər kəs bu göldə özünü yoxlaya bilər. Əgər insan namusludursa o, gölün üstü ilə asanlıqla yeriyə bilər.
- Fərid şəhərə qayıdandan sonra özünə yer tapa bilmir. Həyat ona cansıxıcı görsənir. Leyli və Gümüşgölün hərəkətsiz suları onun gözünün qarşısından çəkilmir. Fərid yenidən dağ kəndinə gedir...
- Bu film-xəbərdarlıq vaxtında ayaq saxlayıb ətrafa diqqət yetirməyin, həyat haqqında dərindən düşünməyin vacibliyi barədədir.
Film haqqında
- Film aktrisa Mətanət Atakişiyevanın kinoda ilk işidir.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi : Eldar Quliyev, İsi Məlikzadə
- Quruluşçu rejissor : Eldar Quliyev
- Quruluşçu operator : Rafiq Qəmbərov
- Quruluşçu rəssam : Mayis Ağabəyov
- Bəstəkar : Müslüm Maqomayev
- Səs operatoru : Marat İsgəndərov
- Rejissor : Akif Rüstəmov
- Montaj edən : Tahirə Babayeva
- Operator : V. Romanov
- Geyim rəssamı : Afət Məmmədova
- Dekor rəssamı : Asif Məmmədov
- Qrim rəssamı : V. Arapov
- Rejissor-stajçı : Nicat Feyzullayev
- Rejissor assistenti : Süleyman Əhmədov, A. Əliyev, Fərid Hümbətov
- Operator assistenti : N. Zəkiyev, Abbas Rzayev (operator)
- Rəssam assistenti : Adil Azay
- Redaktor : Toğrul Cuvarlı
- Məsləhətçi : R. Abbasov (milis podpolkovniki)
- Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri
- Dirijor : Konstantin Krimets
- Filmin direktoru : Tələt Rəhmanov
- İfasından istifadə edilən müğənni : Maykl Cekson (Thriller və Wanna Be Startin' Somethin') (titrlərdə yoxdur)
Rollarda
- Eldəniz Rəsulov-Fərid
- Yelena Seropova-Leyli
- Mətanət Atakişiyeva-Nərgiz
- Şükufə Yusupova-Səidə
- Kamil Zöhrabov-Dəmir
- Etibar Rəhimov-Rza
- Həsənağa Turabov-Ağazəki
- Fikrət Quliyev-Səfər
- Ağahüseyn Kərimov-muzeyin müdiri Abbas Mamedoviç
- Zöhrə Şirinova-katibə
- Fikrət Məmmədov-Arif
- Sofa Bəsirzadə-Sofa xanım
- Ramiz Əzizbəyli-Tofiq
- Naibə Şirinova-Saranın bacısı
- Süleyman Əhmədov-pivə içən
- R. Qorelman
- Şəmsi Şəmsizadə
- K. Qurbanov
- Firəngiz Şərifova-Fatma
- Firəngiz Rəhimbəyli-müğənni
Filmi səsləndirənlər
- Əli Zeynalov-Abbas (Ağahüseyn Kərimov) (titrlərdə yoxdur)
- Nəcibə Hüseynova-katibə (Zöhrə Şirinova) (titrlərdə yoxdur)
- Pərviz Bağırov-Rza (Etibar Rəhimov) (titrlərdə yoxdur)
- Ötkəm İsgəndərov-Dəmir (Kamil Zöhrabov) (titrlərdə yoxdur)
Şəkil
Maraqlı faktlar
Filmin son epizodlarından birində , dostların diskoteka məclisində Maykl Ceksonun "Wanna be starting something" adlı mahnısı istifadə olunmuşdur.
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Həmçinin bax
Xarici keçid
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.