Gümüş (Dərəçiçək)
Gümüş — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd[2]
Gümüş | |
---|---|
40°23′30″ şm. e. 44°36′26″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.480 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 16 km cənub-qərbdə, Zəngi çayının yanında, Alapars kəndinin yaxınlığında yerləşmişdir. «İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Gümüş filiz yataqları olduğu üçün kənd Gümüş adlandırılmışdır. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir.
Əhalisi
Kənddə 1831-ci ildə 48 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 311 nəfər, 1914 - cü ildə 796 nəfər azərbaycanlı yaşamışdır[5].
1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. Onların yerində ermənilər məskunlaşdırılmışdır.
Gümüşün 1918-ci ildə 820 nəfər əhalisi olmuşdur. Kəndi elə yandırmışlar ki, bir həftə belə tüstü ilə birlikdə yanan insan bədəninin qoxusu xeyli aralıdan hiss olunmuşdur. Bununla da “əzabkeş” ermənilər Gümüşə də birdəfəlik sahib olmuşlar. Sonralar ancaq qaçıb canını qurtarmış 174 nəfər adam hesaba alınmışdır.[6]
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.79
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.71
- Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.16-17, 100-101
- Eldar İsmayıl. "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.