Gülzar Rzayeva
Rzayeva Gülzar Lətif qızı (13 yanvar 1950, Yevlax) — Ali məhkəmənin hakimi.
Gülzar Rzayeva | |
---|---|
Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədr müavini | |
2000 – 2005 | |
Əvvəlki | Vəzifə təsis olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 yanvar 1950 (74 yaş) |
Doğum yeri |
Həyatı
Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir (1973). 1973-1977-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasında vəkil, 1977-1981-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon prokurorunun köməkçisi, 1981-1985-ci illərdə Əzizbəyov rayonunun xalq hakimi, 1985-1987-ci illərdə Əzizbəyov rayon xalq məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, milli məsələlər üzrə Ali Məhkəmə kollegiyasının sədri işləmişdir[1].
2000-ci ildən 2005-ci ilə qədər Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin sədr müavini olub, 2005-ci ildən 2010-cu ilə qədər Səbail rayon məhkəməsinin sədri vəzifəsində çalışıb.
Hal-hazırda Ali Məhkəmənin hakimidir.
İstinadlar
- "RZAYEVA Gülzar Lətif qızı". 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-01.