Gülxatun məscidi
Gülxatun məscidi[1] — Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən məscid. Məscid Səməd Vurğun küçəsindən 100 metr aralıda, qəsəbənin daxilinə uzanan küçənin sağ tərəfində yerləşir[2].
Gülxatun məscidi | |
---|---|
![]() | |
Yerləşməsi | |
Ölkə |
![]() |
Şəhər | Sumqayıt |
Yeri | Corat |
Memarlıq | |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
Saytı |
Tarixi
Məscid XVII əsrdə Kərbəlayi Gülxatun adlı bir varlı qadın tərəfindən inşa edilmişdir. Məscid uzun illər istifadəsiz qalmışdır.
Tikili
Düzbucaqlı formaya malikdir. Suvaqla üzlənən məscidin fasadı yaşıl rəngə boyanmışdır. Elədə hündür olmayan gümbəz göy rəngdədir. Məscid Hacı Məcid hamamından 50-60 metr aralıdadır.
İstinadlar
- Gülxatun məscidi (Corat)
- "Sumqayıtın 2000 illik tarixi olan Corat qəsəbəsi". 2021-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-23.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.