Gültan Kışanak
Gültan Kışanak (15 iyun 1961, Elazığ ili və ya Elazığ) — kürd əsilli Türkiyə jurnalisti, yazıçısı və siyasətçisi. Ailəsi əslən Dərsimdəndir. O , Türkiyə Böyük Millət Məclisinin keçmiş deputatı və Diyarbəkir bələdiyyə sədridir. Kışanak 2016-cı ilin oktyabrından həbsdədir.
Gültan Kışanak | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 iyun 1961 (62 yaş) |
Doğum yeri |
|
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, jurnalist |
Vikianbarda əlaqəli mediafayllar |
Erkən illəri
Gültan Kışanak 15 iyun 1961-ci ildə Türkiyənin Elazığ şəhərində,[1] əslən dərsimli olan bir kürd ailəsində anadan olmuşdur.[2][3] O, 1978-ci ildə Dəclə Universitetinin Təhsil fakültəsində təhsil almağa başlamış, lakin 1980-ci ildə həbs olunmuş və iki il Diyarbəkir həbsxanasında saxlanılmışdır. Özünün dediyinə görə, o, onun yanında ayağa qalxmaqdan imtina etdiyi üçün iki ay həbsxana rəisinin it daxmasında saxlanılmışdır.[4] Kışanak başqa bir çıxışında altı ay it daxmasında yatdığını söyləmişdir.[5][6] 1986-cı ildə İzmirin Egey Universitetində jurnalistika təhsili almağa başlamışdır. 16 mart 1988-ci ildə Səddam Hüseynin Hələbcəyə hücumuna etiraz edərkən həbs edilmişdir. O, bir ildən sonra azadlığa buraxılmışdır. Azadlığa çıxandan sonra 1990-cı ildə məzun olmuşdur.[1]
Həbsi
Öz hesabına görə, Kışanak yenidən həbs olunmazdan əvvəl 4 il yarım həbsdə qalmışdır.[7] Onun 2015-ci ilin oktyabrında yenidən həbsdə saxlanması "Kürdüstan Fəhlə Partiyası"nın (PKK) üzvü olmaq ittihamı ilə idi.[8] İki bələdiyyə sədrinin həbsindən sonra Türkiyə hökuməti ümumi ölkədə internetin kəsilməsinə göstəriş vermişdir.[9] Buna baxmayaraq, 26 oktyabrda Diyarbəkir şəhər meriyasının qarşısında bir neçə min nümayişçi bələdiyyə sədrlərinin azad edilməsini tələb etmişdir.[8] Noyabrda dövlət ittihamçıları Kışanak üçün 230 il həbs cəzası istəmişdi.[10] O, 2019-cu ilin fevralında "terror təşkilatına üzv olmaq" və "terror təşkilatının təbliğatı" ittihamı ilə 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir.[11]
İstinadlar
- Kisanak, Evin Jiyan. "Meet Gultan Kisanak: from her daughter". theregion.org. 2019-04-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-01-01.
- "Gültan Kışanak kimdir?". T24 (türk). 6 September 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2020.
- "Gültan Kışanak Kimdir?". Bianet. 26 October 2016. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.
- "Kışanak'a 14 yıl 3 ay, Tuncel'e 15 yıl hapis cezası". www.gazeteduvar.com.tr (türk). 2 January 2019. 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- "Kışanak'a 14 yıl 3 ay, Tuncel'e 15 yıl hapis cezası". www.gazeteduvar.com.tr (türk). 2 January 2019. 2019-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- "'Köpek kulübesinde 6 ay işkence gördüm'". Radikal (türk). İstifadə tarixi: 2020-12-23.
- "One woman's journey from prisoner to mayor - Al-Monitor: The Pulse of the Middle East". www.al-monitor.com (ingilis). İstifadə tarixi: 2022-06-08.
- Zaman, Amberin. "Fury erupts after mayors detained in Turkey's Kurdish southeast". Al-Monitor. 26 October 2016. 7 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 September 2021.
- "Slowdown in access to social media in Turkey a 'security measure,' says PM". Hurriyet Daily News. 4 November 2016. 17 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.
- "Prosecutors demand 230 years prison sentences for ousted Diyarbakır Co-Mayor Kışanak". Hurriyet Daily News. 29 November 2016. 17 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.
- "Turkey jails two Kurdish former parliamentarians". Reuters (ingilis). 2019-02-02. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-02.
- Günes, Cengiz. "Political Representation of Alevi Kurds in Turkey: Historical Trends and Main Transformations" (PDF). Kurdish Studies. The Open University. 8. May 2020: 85. doi:10.33182/ks.v8i1.522.
- "Gültan Kışanak Kimdir?". Bianet. 26 October 2016. 9 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2023.