Gültəkin Hacıbəyli

Gültəkin Yunis qızı Hacıbəyli (13 oktyabr 1973, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisi IIIII çağırış deputatı, Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü.

Gültəkin Hacıbəyli
2000 2010
Seçki dairəsi2000 — 74 saylı Goranboy-Naftalan
2005 — 96 saylı Goranboy-Naftalan
ƏvvəlkiXanhüseyn Kazımlı (74 saylı)
Vəzifə təsis edildi. (96 saylı)
SonrakıVəzifə ləğv edildi. (74 saylı)
Mahir Aslanov (96 saylı)
bayraq
Avropa Şurası Parlament Assambleyasının üzvü
bayraq2
2001 2010
Şəxsi məlumatlar
Doğum tarixi 13 oktyabr 1973(1973-10-13) (50 yaş)
Doğum yeri
Fəaliyyəti vəkil, hakim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • filologiya elmləri namizədi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Gültəkin Hacıbəyli 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Hüseyn Cavid adına 132 saylı orta məktəbi Qızıl medalla bitirib. Kimya, fizika və tarix fənləri üzrə respublika olimpiadalarının, bədii qiraət üzrə respublika müsabiqələrin qalibi olub.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq və Hüquq fakültələrini Fərqlənmə diplomu ilə bitirib. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir.

1997-2001-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub.

1995–1997-ci illərdə BDU-nun ərəb filologiyası kafedrasının müəllimi olub. 1996–2002-ci illərdə Qərb Universitetində İngilis dili və Hüquq kafedralarının müəllimi işləyib. 2002-ci ildən BDU-nun Beynəlxalq hüquq kafedrasının müəllimi olaraq çalışıb. Filologiya elmləri üzrə fəlsəfə doktorudur.

Ailəsi

Bir oğlu var.

Siyasi fəaliyyəti

Azərbaycan Respublikası Milli Məclisinin (2-ci və 3-cü çağırış) deputatı seçilib. Deputatlıq dövründə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub.

2011-ci ildən Ziyalılar Forumunun, 2013-cü ildən Demokratik Qüvvələrin Milli Şurasının və qurumun Koordinasiya Mərkəzinin üzvüdür.

Mənbə

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.