Gülnar Məmmədova
Gülnar Məmmədova (tam adı: Gülnar Mərfət qızı Məmmədova; d. 11 may 1991, Əli Bayramlı) — Azərbaycan şahmatçısı, qadınlar arasında qrosmeyster (2012), Azərbaycan şahmat tarixində ilk dəfə kişilər arasında Beynəlxalq usta (2017). 3 qat Azərbaycan çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi və mükafatçısı. 2009-cu ildən şahmat üzrə qadınlardan ibarət Azərbaycan yığma komandasının üzvü.
Gülnar Məmmədova | |
---|---|
| |
Ölkə | |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ Azərbaycan SSR, Əli Bayramlı |
Titulu |
Beynəlxalq usta (IM) 2017 Qadınlar arasında qrosmeyster (WGM) 2012 Qadınlar arasında Beynəlxalq usta (WIM) 2011 |
Son reytinqi | 2387 (may 2022) |
Maksimal reytinqi | 2401 (yanvar 2017) |
FİDE nömrəsi | 13403508 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
11 may 1991-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olub.
Orta təhsil
1997-ci ildə Əli Bayramlı şəhəri, Tahir Bağırov adına 11 saylı orta məktəbin 1-ci sinfinə gedib.2008-ci ildə Əli Bayramlı şəhəri, Elçin İmanov adına 10 saylı orta məktəbi bitirib.
Ali təhsil
2008-2012 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Bakalavr 2012-2014 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası - Magistr
Fəaliyyət
2014-cü ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında şahmat müəllimi kimi fəaliyyət göstərir.
Karyera
Şahmatla 6 yaşından məşğul olmağa başlayıb. İlk uğuru şahmatla məşğul olmasından 23 gün sonraya təsadüf edir. Belə ki, 1997-ci ildə Şirvan şəhərində 28 May Respublika Gününə həsr olunmuş şahmat turnirinin qalibi olub. 16 yaşadək şahmatçılar arasında dünya ikincisi və Avropa üçüncüsü olub.2009 və 2010-cu ildə qadınlar arasında Azərbaycan çempionu olub. 2016-cı ildə Bakıda keçirilən Şahmat Olimpiadasında 3-cü lövhədə qızıl medal qazanaraq, Azərbaycan qadın şahmatında ilkə imza atıb. Həmin il klublararası Avropa Kubokunda "Odlar Yurdu" komandasının tərkibində öz lövhəsində gümüş medal qazanıb və əmsalını özü üçün rekord həddə - 2401-ə çatdırıb. Bununla da qadın şahmatımızda Beynəlxalq Usta (IM) dərəcəsinə yüksələn ilk şahmatçı olub. 2017-ci ildə "Odlar Yurdu"nun Avropa ikincisi olmasında pay sahibi olub.2018-ci ildə yenə klublararası Avropa Kubokunda öz lövhəsində gümüş medal qazanıb.2019-cu ildə Azərbaycanın qadınlardan ibarət yığmasının heyətində Avropa çempionatının bürünc medalını qazanıb. 2021-ci ildə 11 illik fasilədən sonra 3-cü dəfə Azərbaycan çempionu olub. Həmin il fərdi Avropa çempionatında 6-cı yeri tutaraq Dünya Kubokuna vəsiqə qazanıb.
Reytinq
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 2017-ci ilin yanvar ayı üçün açıqladığı reytinq siyahısında Gülnar Məmmədova 2401 reytinq xalı ilə dünyanın ən güclü 100 xanım zəka ustası sırasına daxil olaraq 64-cü pillədə qərarlaşırdı. Bu hələ ki, karyerasında ən yüksək reytinq olub.
- ratings.fide.com (ing.).