Gülnarə Qurbanova

Gülnarə Şıxəli qızı Qurbanova (10 mart 1953) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Milli Məclisinin I çağırış üzvü.

Gülnarə Qurbanova
bayraq
Azərbaycan Milli Məclisinin I çağırış üzvü
bayraq2
24 noyabr 1995 12 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1953(1953-03-10) (71 yaş)
Partiya
Təhsili
Atası Şıxəli Qurbanov

Həyatı

Gülnarə Qurbanova 1953-cü il martın 10-da Şıxəli və Xavər Qurbanovların ailəsində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano şöbəsində təhsil alıb. Fəlsəfə elmləri doktorudur. İngilis və rus dillərini bilir. Bitərəfdir. 1998-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasına üzv olmuşdur.

Fəaliyyəti

1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində 8 nömrəli Yasamal III dairəsindən bitərəf namizəd olan Gülnarə Qurbanova I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Gülnarə Qurbanova Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.