Gülhüseyn Kazımov

Gülhüseyn Kazımov (4 fevral 1950, Cəbrayıl24 fevral 2024, Bakı) — Azərbaycan ictimai xadimi, yazıçısı və şairi, filologiya üzrə fəlsəfə doktoru.

Gülhüseyn Kazımov
Gülhüseyn Mərdan oğlu Kazımov
Təxəllüsü Gülhüseyn Kazımlı
Doğum tarixi 4 fevral 1950(1950-02-04)
Doğum yeri
Vəfat tarixi 24 fevral 2024(2024-02-24) (74 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
İxtisası Filoloq
Fəaliyyəti Yazıçı, tədqiqatçı
İstiqamət Azərbaycan Muğamı
Tanınmış əsərləri "Bülbülcan", "Salam, Məşədi"
Mükafatları "Turan Birliyi" medalı

Həyatı

Gülhüseyn Kazımov 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. 1966-cı ildə Cəbrayıl qəsəbəsindəki M. Qorki adına orta məktəbi bitirərək 1967-ci ilə kimi rayondakı "1 May" kolxozunda əmək fəaliyyətinə kolxozçu kimi başlayıb.

Azərbaycan Pedaqoji İnstitutunu, Bakı Ali Partiya Məktəbini, Sov.İKP MK yanında İctimai Elmlər AkademiyasınıBakı Biznes Universitetini bitirmişdir.

Dövlət qulluğunun baş müşaviridir. Filologiya elmləri üzrə fəlsəfə doktorudur (elmlər namizədi).

Ailəlidir, üç övladı vardır.

2024-cü ilin 24 fevral tarixində Gülhüseyn Kazımlı 74 yaşında vəfat edib.[1]

Fəaliyyəti

1971–1972-ci illərdə Azərbaycan Dövlət Elmi Ateizm Muzeyində çalışmış, 1972–1973-cü illərdə isə ordu sıralarında xidmət etmişdir. 1973-cü ildən 1981-ci ilə kimi Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin redaktoru işləmişdir.

1983–1987-ci illərdə Azərbaycan KP Kirov Rayon Partiya Komitəsinin şöbə müdiri vəzifəsində çalışmışdır.

Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında namizədlik dissertasiyasını müdafiə edərək 1990-cı ildə təyinatla Bakıya qayıtmış, 1991-ci ilə kimi Azərbaycan KP MK-nın sərəncamında saxlanılmışdır. 1991–1992-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının Xaçmaz-Dəvəçi rayonları üzrə zona inspektoru vəzifəsinə təyin edilmişdir. 1992-ci ildə bu idarə ləğv ediləndən sonra 1995-ci ilə kimi elmi-publisistik fəaliyyətlə məşğul olmuşdur.

1995-ci ildən 2005-ci ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin Ümumi şöbəsində protokol sektorunun redaktə qrupunun rəhbəri (sektorun baş məsləhətçisi) vəzifəsində çalışmışdır. 2005-ci ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Mərkəzi Aparatının rəhbəri vəzifəsinə təyin edilmiş və xidmət ləğv olunan müddətə kimi (2009-cu il) burada çalışmışdır.

Hal-hazırda Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin orqanı olan "Torpaq" qəzetinin baş redaktoru olmuşdur.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Komissiyasının işçi qrupunun üzvü idi.[2]

Yaradıcılığı

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

"Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004) və "Seçilmiş əsərləri" (2010) kitablarının müəllifidir.

Şeirlərinə Azərbaycanın məşhur bəstəkarlarından Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Tofiq Babayev, Əfsər Cavanşirov, Nəriman Məmmədov və digərləri tərəfindən 30-dan çox mahnılar bəstələnmişdir. "Vətən sevgisi", "Qadın əlləri", "Məhəbbət", "Əsgər yuxuları" kimi mahnılar bu qəbildəndir. Mahnıları Baba Mirzəyev, Zaur Rzayev, Flora Kərimova, Eldar Axundov, Oqtay Ağayev, Eyvaz Həsənov, Səkinə İsmayılova kimi müğənnilər ifa etmişlər.

Azərbaycan Muğam tarixinin öyrənilməsi istiqamətində önəmli araşdırmalar və əsərlərin müəllifi olan Gülhüseyn Kazımlı iyirmi kitabın, bir monoqrafiyanın müəllifidir. Son illər Gülhüseyn Kazımlı Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" və "Dəyirmi masa" layihələrinin koordinatoru kimi görkəmli muğam korifeylərinin həyatı va fəaliyyəti haqqında elmi- tədqiqat işləri aparır.

Onun tədqiqatları əsasında XIX əsr Azarbaycan muğam ifaçılığının ən parlaq nümayəndəsi, böyük muğam ustadı, ömrünün 35 ilini Tiflisdə Azərbaycan muğamının, xalq mahnılarını təbliğinə həsr etmiş Əbdülbaqi Zülalov (Bülbülcan) haqqında elmi-publisistik "Bülbülcan" kitabı ərsəyə gəlib.

Onun tadqiqatları asasında Xalq artistləri Şövkət Ələkbərovanın, Həqiqət Rzayevanın, Yaqub Məmmadovun, tarzən Əliağa Quliyevin, Allahyar Cavanşirovun, əfsanəvi qarmonçalan Əhəd Əliyevin (Kor Əhəd) Teyyub Dəmirovun yaradıcılıqlarına həsr edilmiş yubiley gecələri də Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. "Bülbülcan" kitabı Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gürcü dilinə tərcümə edilərək çap olunmuşdur.[3]

2022-ci ildə böyük Azərbaycan xanəndəsi Məşədi Məmməd Fərzəliyevin 150 illik yubileyi münasibətilə "Salam, Məşədi" kitabı çap edilmişdir.[4]

İstinadlar

  1. "Tanınmış tədqiqatçı Gülhüseyn Kazımlı vəfat etdi - FOTO". Oxu.Az (az.). 2024-02-25. 2024-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  2. "Korrupsiyaya qarşı Mübarizə Komissiyasının Qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupun üzvləri". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-10-27.
  3. Gülhüseyn Kazımlı. ""Salam, Məşədi"". Academia.edu. 2023-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-03.
  4. Gülhüseyn Kazımlı. ""Salam, Məşədi"". azertag.az.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.