Gülcahan Güləhmədova-Martınova
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (23 iyun 1925, Bakı – 20 yanvar 2018) — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru.[1]
Gülcahan Güləhmədova | |
---|---|
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (92 yaşında) |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | teatr rejissoru |
Fəaliyyət illəri | 1952-ci ildən |
Teatr | Azərbaycan Dövlət Rus Dram Teatrı |
Mükafatları |
|
Həyatı
İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır.[2] Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır[3].
O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur.
Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir.
Fəaliyyəti
Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir. Ən yaxşı tamaşaları: "Mariya Stüart" (1965, F. Şiller), "Sirano de Berjcrak" (1965, E. Rostan), "Sən həmişə mənimləsən" (1967, İ. Əfəndiycv), "Antiqona" (1968, J. Anuy), "Varşava melodiyası" (1969, L. Zorin), "Həmişə təmizlikdə" (1970, E. Braginski və E. Ryazanov), "Komandorun addımları" (1971, V. Korostılyov), "Sakit üfüqlərdə" (1975, B. Vasilyev), "Şəhərin yay günləri" (1978, Anar), "Əldən düşmüş at" (1979, F. Saqan), "On üçüncü sədr" (1981, A. Abdullin) və s. hesab edilir.
1982-ci ildə rejissor teatrdan uzaqlaşır və həmin ildən Opera Studiyasında çalışmağa başlayır. Gülcahan Güləhmədova həmçinin Bakı Musiqi Akademiyasında vokal kafedrasının müdiri vəzifəsində də çalışmışdır. Onun tələbələri arasında "Qran-pri" laureatı, La Skala teatrının solisti, çoxsaylı musabiqələrin laureatları və diplomantları, Xalq və Əməkdar artistlər, Respublika və xarici opera teatrlarının (Almaniya, Türkiyə, Misir, Fransa, Boliviya) solistləri vardır.
Mükafatları
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 mart 1961
- Azərbaycan SSR Dövlət mükafatı — 1972[4]
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 10 aprel 1981
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[5]
Filmoqrafiya
İstinadlar
- Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.
- Rəhimli, 2017. səh. 35
- Mədəniyyət TV. "Xalq artisti Gülcahan Güləhmədovanın anadan olmasından 98 il ötür" (az.). Youtube.com. 24.06.2023. 2023-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-26.
- Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1972-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1972-ci il tarixli Qərarı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
Mənbə
- Rəhimli, İ. Azərbaycan Teatr Ensiklopediyası. II cild. Azərnəşr. 2017. 390 səh.