Gülbala Əliyev
Gülbala Ağabala oğlu Əliyev (5 dekabr 1879, Bilgəh, Bakı qəzası – 27 mart 1971, Bakı) — SSRİ-nin fəxri neftçisi, SSRİ neftçıxarma sənayesinin veteranı, Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR neft ustası (1940).
Gülbala Əliyev | |||||
---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||
Doğum tarixi | 5 dekabr 1879 | ||||
Doğum yeri | |||||
Vəfat tarixi | 27 mart 1971 (91 yaşında) | ||||
Vəfat yeri | |||||
Dəfn yeri | |||||
Fəaliyyəti | inqilabçı | ||||
Elmi fəaliyyəti | |||||
Elm sahəsi | neft sənayesi[d] | ||||
|
|||||
Təltifləri |
|
Həyatı
Gülbala Əliyev 5 dekabr 1879-cu ildə Bakı şəhərinin, Bilgəh qəsəbəsində anadan olmuşdur.
Bikəxanım Əliyeva ile ailə həyatı qurmuş ve 8 övladı olmuşdur
G.Əliyev əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamışdır. O, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçılarından biri olmuşdur. Neft mədənlərində usta və mühəndis işləmişdir. Azərbaycanda neft sənayesinin təşəkkülündə, onun texniki cəhətdən yenidən qurulmasında, mütəxəssislər hazırlanmasında G.Əliyevin böyük xidmətləri vardır. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mükafatları
İki dəfə Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni və digər medallarla təltif olunmuş, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.
Xatirəsi
Bakıda büstü qoyulmuş, adına küçə verilmişdir. Haqqında "Bizim Gülbala" filmi çəkilmişdir.[1]
İstinadlar
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–172.