Gülbəddin Hikmətyar

Gülbəddin Hikmətyar (puşt. ګلبدین حکمتیار; fars. گلبدین حکمتیار; 1 avqust 1949[1]) — Əfqanıstanlı siyasətçi və komandan. Əfqanıstanın ən böyük silahlı müxalifəti olan "Hizbul-İslami"nin yaradıcısı. Əfqanıstanın keçmiş baş naziri.

Gülbəddin Hikmətyar
puşt. گلبدین حکمتیار
26 iyun 1966 11 avqust 1997
Şəxsi məlumatlar
Doğum tarixi 1 avqust 1949(1949-08-01)[1] (74 yaş)
Partiya
Fəaliyyəti siyasətçi, hərbi lider[d]
Dini sünnilik
Hərbi xidmət
Mənsubiyyəti Hizbul-İslami, Müsəlman qardaşlar
Döyüşlər
Rütbəsi Ali Baş Komandan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Hikmətyar 1937-ci ildə [2] puştu qəbiləsinin haruti klanından (Gilzəi) olan iri torpaq mülkiyyətçisinin ailəsində Vartaboz qışlağında [3] anadan olub. 1956-cı ildə gənc Hikmətyar ibtidai məktəbə, 1961-ci ildə isə Kabulda hərbi peşə məktəbinə daxil olub, lakin 1964-cü ildə hərbi məktəbdən xaric edilib. Bundan sonra o, Kunduza gedir və burada təhsilini aristokrat liseydə davam etdirir. 1970-ci ildə Kabul universitetində mühəndislik fakültəsinə daxil olmuş, amma təhsilini başa çatdıra bilməmişdi. Kabul universitetində təhsil aldığı müddətdə o "Müsəlman qardaşlığı" tərəfdarları qrupu ilə tanış oldu və 1967-ci ildən 1972-ci ilə qədər islamçıların bir neçə nümayişində iştirak etdi. Hikmətyar həmin dövrlərdə Tələbə Şurasında fəal iştirak edir, ideyalar yayır, amma hələ də Tələbə şurasının rəhbərliyinə seçilə bilməmişdi. 1972-ci ildə Hikmətyar "Müsəlman Qardaşlığı"nın digər iki üzvü ilə şah ailəsi və əfqan aristokratiyası ilə bağlı təhqiramiz ifadələr işlətməkdə və tələbələrin iki qarşıduran siyasi qruplaşmasında baş vermiş hərəkatın gedişində həlak olmuş maoçu təşkilatın üzvü Saydal Soxandan adlı bir kimsənin qətlindən ittiham olunaraq bir il yarım həbs cəzası aldı. O, həbsdən 1974-cü ilin yanvarında çıxdı.

Həmçinin bax

İstinadlar

  1. Security Council ISIL (Da’esh) and Al-Qaida Sanctions Committee Removes One Entry from Its Sanctions List (çd.). (untranslated), 2017.
  2. 1947,1944 və 1949 ildə doğulub deyənlər çoxdur.
  3. İmamsahib dairəsi, Kunduz vilayəti; başqa məlumata görə-ailəsi Kunduza köçməzdən əvvəl Qəzni vilayətində anadan olub
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.