Gülarə Azaflı

Gülarə Azaflı (tam adı:Zeynalova Gülarə Mikayıl qızı; 21 mart, 1959, Azaflı, Tovuz rayonu, Azərbaycan SSR) — Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, Aşıq Pəri Məclisinin sədri[1] (2000).

Gülarə Azaflı
Zeynalova Gülarə Mikayıl qızı
Doğum adı Gülarə
Təxəllüsü Azaflı
Doğum tarixi
Doğum yeri Azaflı, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı Cavidan (qız)
Atası Mikayıl Azaflı
Anası Şamba xanım
Fəaliyyəti aşıqlıq
Fəaliyyət illəri 1983-cü ildən
Əsərlərinin dili Azərbaycan dili
Janr şeir
Üzvlüyü

Həyatı

Gülarə Azaflı 21 mart 1959-cu ildə Tovuz rayonunun Azaflı kəndində aşıq Mikayıl Azaflının ailəsində anadan olub[2]. 1976-cı ildə Tovuz rayonu Azaflı kənd tam orta məktəbini, 1983-cü ildə Tovuz Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1983-1994-cü illərdə Gəncə Pedaqoji İnstitutunda "Çeşmə" folklor ansamblının bədii rəhbəri olub. 1985-ci ildə Gənc ozanların Gəncə şəhərində keçirilən 3-cü ümumittifaq festivalının laureatı adını qazanıb. 1984-cü ildən Aşıq Pəri Məclisinin üzvü, 2000-ci ildən isə sədridir.

Azərbaycanın bir sıra incəsənət xadimləri ilə birlikdə 1989-cu ildə İraqda, 1991-ci ildə isə Almaniyada dostluq görüşlərində iştirak etmişdir. Sonrakı 1995-1996-cı illərdə İran, İraq, Türkiyədə keçirilən müxtəlif tədbirlərdə və festivallarda iştirak edib.

2005-ci ildə Amerikanın San-Fransisko şəhərində keçirilən Dünya folklor festifalında müvəffəqiyyətlə çıxış etmişdir. 2006-cı ildə Çıldırda keçirilən "Aşıq Şenlik" festifalında, Karsda keçirilən "Akyaka Tarım" festifalında iştirak edib, ən yüksək mükafat və fəxri diplomlar alıb.

2001-ci ildə YUNESKO-nun xətti ilə keçirilən "Kitabi-Dədə Qorqud – 1300" Beynəlxalq tədbirinin iştirakçısı olub.

1989-cu ildə Kərbəla ziyarətində olmuşdur. Kərbəlada Məhəmməd Füzulinin, Ərdəbildə Şah İsmayıl Xətainin, Təbrizdə Məhəmmədhüseyn Şəhriyarın, Türkiyədə Aşıq Şenliyin, Göyçə mahalında Aşıq Ələsgərin qəbirlərini ziyarət etmişdir.

Azərbaycanın bütün bölgələrində, cəbhə xəttində, MDB ölkələrində, Dağıstanda müxtəlif tədbir və festifallarda iştirak edib. Fəxri diplomlara layiq görülüb.

Azərbaycan Aşıqlar Birliyinin V qurultayının iştirakçısı və idarə heyətinin üzvü seçilmişdir.

Mükafatları

1992-ci ildə Türkiyənin Konya şəhərində keçirilən aşıqlar yarışmasında baş mükafatı alıb. Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin şəxsi ərmağanı qızı medala layiq görülüb.

1997-ci ildə İraqda keçirilən Beynəlxalq Babil festifalından mükafatla qayıtmışdır.

2011-ci ildə aşıq sənətinin inkişafındakı xidmətlərinə və Aşıq Ələsgərin anadan olmasının 190 illik yubiley tədbirlərində fəal iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı və pul mükafatı ilə təltif olunub[3].

"Oskar" mədəniyyət qəzeti tərəfindən və el arasında keçirilən sorğuya əsasən 2008-ci ildə "Qızıl Mikrofon" mükafatı fəxri diplom və "İlin aşığı" adını alıb.

Yaradıcılığı

Azərbaycan televiziyasında, İctimai və bir çox telekanallarda, musiqili, ədəbi-bədii proqramlarda çıxışlar edib.

"Aşıq Pəri məclisi və el şairləri", "Aşıqlar" kitablarında, İraqda çıxan "Yurd" qəzetində şeirləri dərc olunmuşdur. "Ata sənətim", "Hanı o səndəki el, Dərələyəz", "İncimərəm" adlı audio kaseti, "Aşıq Gülarə Azaflı" adlı video diski buraxılıb.

Fransada "Aşıq musiqisi antologiyası" adlı SD-kompakt diski çıxmışdır.

2009-cu ildə "Görüşərik yenə biz"[4] adlı 282 səhifəlik şeirlər kitabı "MarsPrint" nəşriyyatı tərəfindən çap olunmuşdur[5].

İstinadlar

  1. Seymur Verdizadə. "Gülarə Azaflı: "Bəzi aşıqların yerinə xəcalət çəkirəm" - MÜSAHİBƏ" (az.). modern.az. 05.04.2012, 10:27. 2012-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.03.2014.
  2. Gülarə Azaflı, "Görüşərik yenə biz", Bakı: "MarsPrint", 2009. səh.10-12
  3. Azərbaycan Aşıqlar Birliyi. "Təbrik edirik" (az.). azab.az. 6 yanvar 2012. 2012-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15.03.2014.
  4. Yeni kitablar: 2012. Azərbaycan dilində (sıra sayı: 117) — cuxh.ru saytı
  5. ""Görüşərik yenə biz"" (az.). azab.az. 25 dekabr 2009. 2012-05-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15.03.2014.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.