Gülablı (Abaran)
Gülablı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.[2][3][4]
kənd | |
Gülablı | |
---|---|
40°34′49″ şm. e. 44°29′07″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Abaran mahalı |
Rayon | Abaran rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 2.025 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 0304 |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzində 14 km məsafədə, Ortulu dağın ətəyində yerləşir. Erməni mənbələrində kəndin adı Gülaplı, Gülab, Gülabdı formalarında da qeyd edilir[5]. "İrəvan əyalətinin icmal dəftəri"ndə Güləbdi formasında[6], Qafqazın 5 verstlik xəritəsində Gülablı kimi[7] qeydə alınmışdır.[8]
Toponimi
Toponim gülablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15. VI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Dzoraqlux (Dərəbaş) qoyulmuşdur.
Əhalisi
XIX əsrin 70-ci illərində kəndə ermənilər məskunlaşmış və azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. 1886-cı ildə kəndin əhalisi erməni idi. XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Gülabudur[9]. Azərbaycanda Gülablı dağı və Gülablı kəndi (Ağdam rayonu) adları ilə mənşəcə eyni olsa da mə'nası mə'lum deyil.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
- Боченкова Ю. И. Словарь географических терминов и других слов, встречающеся в топопнимии Горно-Алтайской автономной области. М. 1969. .
- Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.4
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.110
- Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.70
- Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Ҝүлаблы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- Симеон Ереванци. Джамбр. Перевод С.С.Малхасянца. М., 1958. .