Güləbətin (tikmə)

Güləbətin (tikmə) (türk. Altınişi, Telkırma, Bartın işi, türkm. akqayma, sarıqayma [1]) - qızılı və ya gümüşü saplardan, habelə onlara bənzədilən materiallardan qatışığı olan saplardan istifadə edilməklə icra edilən tikmə növüdür.

Güləbətin

Tarixçə

Ən qədim tikmə növlərindən biridir. Uzmanların fikrincə, Orta Asiyada əmələ gəlib. Azərbaycanda isə daha çox Təbriz, Bakı, Şamaxı, Naxçıvan və s. şəhərlərində inkişaf etdirilmişdir. Ən qiymətli Şamaxı sənətkarlarının güləbətin tikmələri idi [2].

Xurşudbanu Natəvanın ecazkarlığı ilə gözoxşayan tikmələri o vaxtlar Rusiyada təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş etdirilib. 1882-ci ildə keçirilən Ümumrusiya sərgisinin Qafqaz şöbəsində göstərilən sənət nümunələri arasında şairənin incə zövqlə hazırladığı tikmə də olub. Mahud üzərində qızıl-gümüş saplarla toxunmuş bu tikmənin tamaşaçılar tərəfindən maraqla qarşılanmasını onların gözoxşayan naxış örtüyü və duyğulandırıcı rəng həlli olub [3].

Növləri

Güləbətin işləmə üsulun agörə hamar (zəminduzi) və qabarıq (məlihəduz) olmaqla iki cür olur:

  • Hamar işləmə (zəminduzi) texnikası ilə məmulatı bəzəmək üçün düzbucaqlı çərçivəyə bənzər taxta kargah (dəzgah) və iynədən istifadə edirlər. Müvafiq parça kargaha tarım çəkildikdən sonra, onun üzərinə kağızdan kəsilmiş naxış motivləri- (eskiz) qoyub əvvəlcə adi sapla, sonra isə zərli və ya gümüşü (güləbətin) saplarla paralel surətdə bənd edilirdi.
  • Qabarıq işləmə (məlihəduz) texnikası örtmə tikiş üsulu ilə icra olunurdu. Burada saplar bir-birinin yanına paralel və çox sıx bəndlənir. Güləbətin tikmənin bu üsulu haşiyə bəzəyində daha geniş tətbiq edilir. Naxışların parça üzərində bir qədər qabarıq çıxması üçün qalın sap və qaytandan da istifadə edirlər.[4]

Güləbətin müxtəlif xalqlarda

Azərbaycanda güləbətin

Əsasən geyimlərə (araxçın, yaxa, yenglərə (manjetlərə) və s.), məişət əşyalarına (pul kisəsi, tənbəkiqabı, qayçıqabı, möhürqabı, at yəhəri və s.) vurulur. Gəlinin cehizinə güləbətin işləməli əşyalar qoşmaq adət idi.[5]

Bu tikmə hamar və qabarıq olmaqla iki cür hazırlanıb. “Zəminduzi” adlanan həmin tikməni hasilə gətirmək üçün “kargah (dəzgah) adlanan taxta çərçivə və iynədən istifadə edilib. Qızılı və gümüşü (güləbətin) tellər xüsusi simkeşlər tərəfindən yüksək əyarlı gümüşdən hazırlanıb. Qızıl tel almaq üçün gümüş qızıl suya salınıb. Tellər ya xalis halda, ya da ipək iplik sapa sarınıb istifadə edilərmiş. Güləbətin tikmə üçün ağır, tünd rəngli parçalardan (məxmər, qanovuz, xara, misqal tirmə) istifadə olunub.[6]

Digər türk xalqlarında güləbətin

Digər türk xalqlarında güləbətin eyni prinsiplə icra edilirdi: tünd qumaşın (məxmər, mahud) üzərində qızılı ya gümüşü saplarla işlənirdi, əsasən üst geyimə, məişət əşyalarına tətbiq edilirdi. Özbəkistanda güləbətinə "zərdüzi" deyirlər.

Avropada güləbətin

Avropada güləbətin barokko stilində istifadə edilirdi.

Ünlü güləbətin tikməçiləri

İstinadlar

  1. "Туркменская вышивка и ювелирные украшения". 2019-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-26.
  2. "TurizmAz - Ремесло". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-14.
  3. "Ziyadxan Əliyev - Xan qızının "Gül dəftəri"". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-16.
  4. Nizami kitabxanası - Azərbaycan tikmə sənəti
  5. Əllə yaradılan möcüzələr Arxivləşdirilib 2020-01-30 at the Wayback Machine. Şərq.- 2011.- 21 may.- S. 12.
  6. Savalan Fərəcov - Lifli rəssamlıq sənəti: tikmələr Arxivləşdirilib 2020-07-31 at the Wayback Machine. Mədəniyyət.- 2011.- 28 yanvar.- S. 15.

Video

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.