Gülşad Baxşıyeva

Gülşad Eynulla qızı Baxşıyeva (12 dekabr 1952, Kürdəxanı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissor və aktyor sənəti kafedrasının professoru.

Gülşad Baxşıyeva
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Hüseynağa Atakişiyev
Atası Eynulla
Fəaliyyəti aktrisa
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1982

Həyatı

Gülşad Baxşıyeva 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971–1975-ci illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) professor, SSRİ Xalq artisti Mehdi Məmmədovun rəhbərliyi ilə ali məktəbi bitirdikdən sonra S. Rəhman adına Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərmişdir. Şəki teatrının yaradıcılarından biri olmuşdur. Teatrın repertuarında olan tamaşalarda (1975/1985) aparıcı aktrisa kimi əsas rolları ifa etmişdir.

O zaman SSRİ-də keçirilən ADR, Macar, Bolqar dram sənəti festivallarının iştirakçısı olmuşdur. 1981-ci ildə Macar festivalında oynanılan Ş. Petefenin "Pələng və kaftar" tamaşasında Predslava roluna görə "Qadın rolunun ən yaxşı ifaçısı" diplomuna layiq görülmüşdür. 1982-ci ildə Teatrın yaranmasında və inkişafındakı xidmətlərə görə "Əməkdar artist" fəxri adına layiq görülmüşdür. Şəki teatrının açılışından 10 il müddətə qədər fəaliyyətdə olduğu zaman, müxtəlif tamaşalarda müxtəlif xarakterli 28 rol oynamışdır.

2006-cı ildə Ramiz Əzizbəylinin "Yalan" filmindəki "Nisə" roluna görə "Ən yaxşı qadın obrazı" nominasiyasında Milli Kinematoqrafçılar İttifaqının "Qızıl çıraq" mükafatına layiq görülmüşdür. Teatr və kino yaradıcılığıyla yanaşı o həm də 23 ildir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor kadrlarının hazırlanması ilə məşğuldur. Onlarla istedadların formalaşmasına böyük diqqət və qayğı göstərir. Tələbələrinin sırasında "xalq və əməkdar artist" fəxri adına layiq görülənlər də var.

Gülşad Baxşıyeva o vaxt Şəki teatrında baş rejissor çalışan böyük sənətkar Hüseynağa Atakişiyevlə ailə həyatı qurmuşdur. Onların Elbəy (d. 1978) və Elmir (d. 1980) adında 2 oğulları var. Təəssüf ki onların ailə həyatı uzun sürməmiş, sonrada ayrılmışdırlar.

ADMİU-da 1985-ci ildən "Səhnə danışığı" kafedrasında, 1994-cü ildən isə "Rejissor və aktyor sənəti" kafedrasında işləyir. 2000-ci ildən dosentlik, 2006-cı ildən isə professorluq vəzifəsində çalışır.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[1]

Mükafatları

Əsas rolları

  1. Komsomol poeması (S. Vurğun) — Gülcamal
  2. Hacı Qara (M. F. Axundov) — Sonaxanım
  3. Vəziri-xani-Lənkəran (M. F. Axundov) — Zibaxanım
  4. Nişanlı qız (S. Rəhman) — Bənövşə
  5. Yalan (S. Rəhman) — Şəlalə
  6. Kral Lir (V. Şekspir) — Qonerilya
  7. Romeo və Cülyetta (V. Şekspir) — dayə
  8. Əks-səda (N. Xəzri) — Zərifə ana
  9. Arvadımın əri (G. Xuqayev) — Fərizət
  10. Ağ xəstəlik (K. Çapen) — ana
  11. Pələng və kaftar (Ş. Petefe) — Predslava
  12. Bağdada putyovka var (Ə. Əylisli) — Sitəmxanım
  13. Vəzifə (Ə. Əylisli) — Nazlı
  14. Ezop (Fiqeyredu) — Kleya
  15. Uca dağ başında (V. Səmədoğlu) — Şənbəxanım
  16. Arturo Uinin karyerası (B. Brext) — Dokteyzi
  17. Adsız ulduz (M. Sebastyan) — Madmazel Kuku
  18. Sizi deyib gəlmişəm (Anar) — Zeynəb
  19. Adamın adamı (Anar) — At Balaxanım
  20. Həyatın dibində (M. Qorki) — Vasilisa
  21. Teymurləng (K. Marlo) — Zenokrata

Bakı teatrlarında oynadığı rollar

  1. Ölüm hökmü (Elçin) — bələdçi Arzu
  2. Ağ dəvə (Elçin) — Safura
  3. Şeytan tələbəsi (Ə. Əylisli) — Şaban arvad
  4. İntihar (V. Səmədoğlu) — Kleotra
  5. Halallıq (N. Rasputin) — Anna qarı
  6. Al canım qadan alım (Ə. Nesin) — Siyen
  7. Aydın (C. Cabbarlı) — Böyükxanım
  8. Sevil (C. Cabbarlı) — Sevil
  9. Ayı (A. Çexov) — Popova
  10. Təklif (A. Çexov) — Nataliya Stepanovna
  11. Evlənmə (N. Qoqol) — Arina Panteleymovna
  12. Nazrin xanım (Nuşiç) — Savka xala
  13. Mənim ağ göyərçinim (T. Vəliyeva) — Suğra

Televiziya tamaşalarındakı rolları

  1. Kənd sayağı elçilik (B. Şou) — qız
  2. Evlənmə (N. Qoqol) — Aqafiya Tixonovna
  3. Cinayət və cəza (F. Dostoyevski) — Katerina İvanovna
  4. Kamança (C. Məmmədquluzadə) — ana
  5. Hallalıq (N, Rasputin) — Anna qarı
  6. Cəza (A. Məsud) — ana
  7. Gecə (V. Vəliyev) — qoca ana
  8. Gecə yarıdan ötmüş (H. Orucov) — gəlin
  9. Yanmış körpülər (E. Məmiyev) — ana

Filmoqrafiya

  1. Aktrisanın təbəssümü (film, 1974) — rol: Naxış
  2. Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996) — rol: Zivər
  3. Bəxt üzüyü (film, 1991) — rol: Sara
  4. Ömürdən uzun gecə (film, 1996)
  5. Hər şey yaxşılığa doğru — rol: hamilə qadın
  6. Bir anın həqiqəti (film, 2003) — rol: ana
  7. Milli bomba (film, 2004) — rol: qız anası
  8. Girov (film, 2005) — rol: falçı qadın
  9. Yalan (film, 2005) — rol: Nisə
  10. Yanmış körpülər (film, 2007)
  11. Günaydın, mələyim! (film, 2008)
  12. İstanbul reysi (film, 2010)
  13. Qayınana (film, 2011)
  14. Vəkil hanı? (film, 2011)
  15. Sirr (serial, 2012)
  16. Axınla aşağı (film, 2014)
  17. Bəxt üzüyü 2 (film, 2017)
  18. Yerlə göy arasında (film) — rol: əri ölmüş qadın
  19. Özünə oxşa (film) — Məryəm

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.