Gülüstan Kılıç Koçyiğit
Gülüstan Kılıç Koçyiğit (1979, Mazgirt[d], Tuncəli ili) — tibb bacısı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı.[1]
Gülüstan Kılıç Koçyiğit | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı | |
Vəzifədədir | |
7 iyul 2018-ci ildən | |
Seçki dairəsi | 2018 — Muş 2023 — Qars |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1979 |
Doğum yeri |
|
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Gülüstan Kılıç Koçyiğit 1979-cu ildə Tunceli ilinin Mazgirt ilçəsində anadan olub. İbtidai və orta təhsili Tunceli ilində, lisey təhsilini isə Adıyaman ilində alıb. İzmir Sağlamlıq Peşə Liseyindən məzun olub. Doqquz Eylül Universitetinin Ədliyyə Peşə Liseyində hüquq üzrə təhsil alıb. Əlavə olaraq Anadolu Universiteti Baytarlıq və Laboratoriya Bölməsindən və Anadolu Universiteti Dövlət İdarəçiliyi və Sosiologiya Bölməsindən məzun olub.[1]
1998-ci ildə tibbi bacısı olaraq çalışıb. Sosial ədalət və insan hüquqları mövzularında çalışmaları olub.[1]
İnsan Hüquqları Dərnəyi (İHD), Ata Soyer Sağlamlıq Siyasətləri Dərnəyi və Dersimlilər Dərnəyinin üzvü olub. Xalqların Konqresinin (HDK) həmsözçüsü, Səhiyyə və Sosial xidmət İşçiləri İttifaqının (SES) İzmir şöbəsinin İdarə Heyətinin üzvü vəzifələrində təmsil olunub.[1]
2018-ci ildə Muş ilindən, 2023-cü ildə isə Qars ilindən isə Türkiyə Böyük Millət Məclisinin 27-ci və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda DEM Partiyasının TBMM qrupunun sədr müavini vəzifəsində təmsil olunub.[1]
Evli və 2 uşaq anasıdır.[1]
İstinadlar
- TBMM. "Gülüstan KILIÇ KOÇYİĞİT". www.tbmm.gov.tr (türk). 10.01.2024. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10.01.2024.