Gülüstü Qadınəfəndi türbəsi
Gülüstü Qadınəfəndi türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XV əsrdə inşa olunmuş Fateh külliyəsinə aid türbə.
Haqqında
Gülüstü Qadınəfəndi 31-ci Osmanlı sultanı olan Sultan Əbdülməcidin xanımı və son osmanlı sultanı olan Sultan Vahidəddinin anasıdır. 1855-ci ildə əkiz qızları Zəkiyə və Fəhimə Sultanları, 1856-cı ildə Mədiha Sultanı və 1861-ci ildə oğlu Mehmed Vahidəddin Əfəndini dünyaya gətirmişdir. Ancaq oğlu hələ 5 aylıqkən vəfat etmiş, Fateh məscidinin arxa həyətində, daha əvvəl vəfat edən övladlarının məzarı yaxınlığına dəfn edilmişdir. Məzarların üzərinə inşa edilən türbə isə Sultan Əbdülməcid səltənətinin sonlarına aiddir. Digər Osmanlı türbələrindən fərqli olaraq dairəvi planlı olan bu türbə kəsmə daşdan inşa edilib. Türbədə aşağı sıralarda 9, yuxarıda isə 14 olmaqla, ümumilikdə 23 pəncərə var.
Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir:
- Sultan Əbdülməcidin xanımlarından Ceylanyar xanım
- Sultan Əbdülməcidin qızı Zəkiyə Sultan (d. 24 fevral 1855 - ö. 18 fevral 1856)
- Sultan Əbdülməcidin qızı Fəhimə Sultan (d. 24 fevral 1855 - ö. 10 dekabr 1856)
- Sultan Əbdülməcidin xanımlarından Şəhimə xanım (ö. 1857)
- Sultan Əbdülməcidin xanımlarından Gülüstü Qadınəfəndi
- Sultan Əbdülməcidin qızı Münirə Sultan
- Sultan Əbdülməcidin qızı Behicə Sultan
- Sultan Rəşadın xanımlarından Dürrüadən Qadınəfəndi
- Sultan Əbdülməcidin xanımlarından Şərəfnaz xanım