Güşvər Şərifova

Güşvər Fətulla qızı Şərifova (30 may 1962, Qacaran, Qafan rayonu) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018).

Güşvər Şərifova
Güvşər Fətulla qızı Şərifova
Doğum tarixi 30 may 1962(1962-05-30) (61 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Həyat yoldaşı Rövşən Ağayev
Uşağı Asiman Ağayev
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1984–indiyə kimi
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı  — 2018

Həyatı

Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır.

10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

Teatr səhnəsindəki rolları

Gəncə Dövlət Dram Teatrı

  • Anya – ("Odlu Çarpazlar", İsmayıl Şıxlı) Mədəniyyət Nazirliyinin diplomunu alıb
  • Güləsər – ("Dəli Kür" İsmayıl Şıxlı)
  • Narıngül – ("Üçatılan" İlyas Əfəndiyev)
  • Gülaçar – ("Atabəylər" Nəriman Həsənzadə")
  • Əfsanə — (İtkin gəlin" Əlibala Hacızadə
  • Nərgiz – ("Yandırılmış adam" Əlibala Hacızadə)
  • Nazan – ("Yad qızı) Orxan Kamal)
  • Cevriyə — ("Fosforlu Cevriyə" Suad Dərviş) (2 saat səhnədə qalır aktrisa)
  • Zərqələm- ("İnsan ömrü bir nəğmədir" Xalidə Hasilova)
  • Rəhimə — ("Ana vüqarı" Şərif Xusainov)
  • Qarpine – ("Sokratla söhbətlər" R. Radzinski)
  • Həlimə — ("Doğmalar" Rəhman Əlizadə)
  • Məryəm- ("Qız atası" Əfqan)
  • Sevinc- ("Qonşular" Fəridə Əlyarbəyli)
  • Kiçik qız – ("Ölüm hökmü" Əlil Səmədli)
  • Qız- ("Məhəbbət və xəyanət" Kiril Topalov)
  • Lalə — ("İntizar" Surxay Səfər)
  • Sənubər – ("Oxşarlar" Qərib Mehdiyev)
  • Aybəniz – ("Bəraət" Altay Məmmədov)
  • Aysel – ("Cavadxan" Nüşabə Məmmədova)
  • Bikə — ("Onuncular " Tofiq Mahmud)
  • Sona – ("1905-ci ildə" Cəfər Cabbarlı)
  • Zərifə — ("Ata mülkü" Əkrəm Əylisli)
  • Dobrina – ("Səadət yağış deyil" Novruz Gəncəli) Məd. Nazirli. Diplomunu alıb
  • Ətriyyə- ("Artıq tamah" M. Yusifzadə)
  • Səkinə — ("Mürafiə vəkilləri" M. F. Axundzadə)
  • Qumral – ("Əliqulu evlənir" Sabit Rəhman)
  • Ayxatun – ("Torpaqdan pay olmaz" Fikrət Sadıq)
  • Kama – ("Kərgədan buynuzu" M. İbrahimbəyov)
  • Süsən- ("Namus" A. Şirvanzadə)
  • Aptekçinin qızı – ("Demoklisin qılıncı" Nazim Hikmət)
  • İdmançı qız – ("İvan İvanoviç və başqaları" Nazim Hikmət)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (rus bölməsi)

  • Qlaşatay – ("Tayna" A. Axundova)
  • Petuşok — ("Skaska o zolotom petuşke" A. Puşkin)
  • Razboynitsa – ("Alibaba i sorok razboynits" Ərəb xalq nağılı)
  • Rəqqasə — ("İndiyskaya fantaziya" R. Əliyev)

(azərbaycan bölməsi)

  • York Hersoginyası – ("III Riçard" U. Şekspir)
  • İzzət – ("Məkkəyə gedən yol" C. Məmmədquluzadə)
  • Səlimə — ("Pəri Cadu" Ə. Haqverdiyev)
  • Qarı – ("Göyçək Fatma" Azərbaycan xalq nağılı)
  • Nazlı – ("Danışan gəlincik" A. Şaiq)
  • Gülpəri – ("Qaraca qız" S. S. Axundov və A. Şaiq)
  • Əzra – ("Şeyx Sənan" H. Cavid)
  • Qətibə — ("Mən səni sevirəm" Ə. Əmirli)
  • Xanım – ("Yatmış gözəl" B. Marvin)
  • Missis Saurberi – ("Oliver Tvistin macəraları" C. Dikkens)
  • Təlxək – ("Tıq-tıq xanım" A. Şaiq)
  • Qız – ("Bir səbət tənhalıq" M. Vahidzadə)
  • Xatirə ("Arzu və Murad" Sevinc Elsevər)
  • Missis Prüsellüs ("Uzuncorab Peppi" A. Lindgren)
  • Zəhra-("Sonluğun sonu" Rövşən Ağayev) monotamaşa azərbaycan, türk və ingilis dilində

Şuşa Dövlət Musiqili Dram Teatrı

  • Ana – ("Anlaşılmazlıq" Alber Kamyu)
  • Florans – ("Tələ" Rober Toma)
  • Şərəf – ("Durna" Süleyman Rüstəm)

Bakı Kamera teatrı

  • Pəri – ("Lənkəran xanının vəziri" M. F. Axundov)
  • Xanpəri- ("Müsyö Jordan və Dərviş Məstəli Şah" M. F. Axundov)
  • Solmaz- ("Şirə bənzər" R. İbrahimbəyov)

Filmoqrafiya

  1. Qayınana (film, 2011)Gülbadam
  2. Aramızda qalsın (film, 2011-2013)Gülbadam
  3. Həyat sən nə qəribəsən (teleserial, 2013)Firuzə
  4. Sabaha doğru — tibb bacısı
  5. Əli və Nino (film)
  6. 2 ömür (film, 2016-2017) (bədii serial) — Nargilə
  7. İmtahan (teleserial, 2017)Xalidə
  8. Əqrəb mövsümü (teleserial, 2022)
  9. Həmrəylik günü (film, 2022) — Arzu

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.