Gözbağlıca

Gözbağlıca oyunu Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Ümumi məlumat

Gözbağlıca Novruz bayramı günlərində geniş yayılmış xalq oyunlarından biridir.

Oyunun qaydaları

Oyunda iki dəstə olur. Başçılar seçilir, növbə ilə oyunçuların gözünü yaylıqla bağlayıb meydana buraxırlar. Kimsə qıraqda daş çıqqıldadır, səs çıxarıb qaçır. Gözübağlı başlayır daşla səs çıqqıldadanı axtarmağa. Böyük əziyyətlə daşı daşa vuranı tutur. İndi də ələ keçən oyunçunun gözünü bağlayırlar. Bir başqası başlayır oyun daşlarını bir-birinə vurmağa "Gözbağlıca" oyunu bu sayaq davam edir.

Mənbə

  • Novruz bayramı ensklopediyası. Bakı-2008 (Şərq-Qərb). səh.88.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.