Gözəlcə Əli Paşa

İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa (XVI əsr9 mart 1621, Konstantinopol) — II Osman dönəmində 23 dekabr 1619–9 mart 1621 tarixlərində ümumilikdə bir il 2 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.

İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa
الجلبي جميل علي باشا
23 dekabr 1619 9 mart 1621
ƏvvəlkiÖküz Mehmed Paşa
SonrakıOhrili Hüseyn Paşa
Şəxsi məlumatlar
Doğum tarixi ?
Doğum yeri Tunis
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Əhməd Paşa
Rütbəsi Admiral

Həyatı

Əslən türkdür.[1] Atası Tunis bəylərbəyi Əhməd Paşa, anası isə peyğəmbər nəslinə mənsub Qaya Paşanın qızıdır. Mükəmməl bir təhsil almış, gənc yaşda İstanköy sancaqbəyi, daha sonra ard-arda Dimyat bəylərbəyi, 1602-ci ildə Yəmən və sonra Tunis bəylərbəyi olaraq təyin olunmuşdur. Ardından MoreyaKipr bəylərbəliyinə gətirilmişdir.

1617-ci ilin noyabr ayında vəzirlik rütbəsi alaraq kaptan-ı dərya seçildi. 1619-cu ildə baş tutan səfərdə xristian quldurlara məxsus 6 gəmini ələ keçirmiş, ələ keçirilən 200 əsirin hər birinin boynundan gümüş pul dolu bir kisə asdıraraq sultanın hüzuruna çıxdı. Sultan Gənc Osman paşanın bu hərəkətini çox bəyənmiş, onu qızıl zəncir və qızıl işləməli xalatla mükafatlandırmışdır. Ancaq Sədrəzəm Öküz Mehmed Paşa Venesiya ilə bağlanan sülhün pozulmasından qorxaraq məsələni divanda müzakirə etdi. Bundan başqa Əli Paşanın əldə etdiyi qənimətin bir qismini mənimsədiyi haqqında şayələr də divan məclisində dilə gətirildi. Ancaq Əli Paşa daha böyük qənimətlər vəd edərək sultana yeni hədiyyələr təqdim etdi. Beləliklə, 23 dekabr 1619 tarixində Öküz Mehmed Paşa sədarətdən alındı və yerinə Çələbi Əli Paşa sədrəzəm təyin olundu.[1]

Sədarətə gəldikdən sonra Əli Paşa bəzi dövlət adamlarının və varlı tacirlərin mallarını müsadirə edərək xəzinəni doldurmağa başladı.[1] Bu dövlət adamları arasında keçmiş sədrəzəm Öküz Mehmed Paşa, Dəftərdar Baki Paşa və Qızlarağası Əl-hac Mustafa ağa da vardı. Öküz Mehmed Paşanın bütün əmlakı və sərvəti xəzinəyə müsadirə edildi və özü də az bir maaşla Hələb hakimi təyin olundu.

II Osmanı Lehistan səfərinə çıxmağa təşviq etdi. Ancaq Əli Paşa xəstə idi və sultanın ilk səfərinə qatıla bilmədi. 1621-ci ilin mart ayında öd kisəsi iltihabı səbəbilə vəfat etdi. Vəfat etdiyi vaxt hələ 40 yaşı yox idi. Məzarı Beşiktaş səmtindəki Yəhya Əfəndi Məzarlığındadır.

Həmçinin baxın

İstinadlar

  1. Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVİ. Yüzyıl Ortalarından XVİİ. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 İŞBN:978-975-16-0010) say.373–374
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.