Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.[1][2]. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı.
Toxunma qaydası
Toxunma qaydası aşağıdakı kimidir:
Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
İstinadlar
- Azərbaycan dilinin izahlı lüğəti, 4 cilddə. Şərq-Qərb nəşriyyatı. — Bakı, 2006. I cild, səh.199.
- Azərbaycan dilinin izahlı lüğəti, 4 cilddə. Şərq-Qərb nəşriyyatı. — Bakı, 2006. II cild, səh.289.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.